Bistü-həştüm
Biz aşağıda qol qoyan mömin müsəlmanlar zəhmət komissarı həmin oktyabr ayının səkkizində bir belə dekret çıxarmışdı ki: oktyabr ayının onuncu günü səfər ayının iyirmi səkkizinci gününə mütabiqdir. Bu səbəbdən lazımdır ki, mömin müsəlmanlar həmin gün tətil eləsinlər; yəni işləməsinlər.
Biz mömin müsəlmanlar bu dekreti oxuyandan sonra çıxdıq bazara, hər kəsdən soruşduq ki, səfər ayının iyirmi səkkizi nədir və bunun fəziləti özgə günlərə nisbətən nədədir? – bir kəs bizə bir cavab verə bilmədi. Axırda getdik “Təzəpir” məscidinə cəm olan kor, şil əməleyi-mövtadan bu məsələni soruşanda dedilər ki, səfər ayının iyirmi səkkiz bistü həştümdür; yəni həmin gün vəhşi ərəblərin biri yumruqnan vurub bir özgə vəhşi ərəbin burnunu qanadıb. Onunçün də bizim rizaməndliyimiz yoldaş zəhmət komissarına bu barədədir ki, əgər onun dekreti olmasa idi, Allahın yolundan azan müsəlmanlar bistü həştüm gününün hörmətini saxlamayacaq idilər və belə bir əziz gün yaddan çıxacaq idi və biz mömin müsəlmanlar bu feyzdən məhrum olacaq idik. Heç Nikolay dayının da vəziri biz mömin müsəlmanlara özünü bu dərəcədə dindar göstərmirdi.
Ay zalım oğlu zalım! Lap müsəlmanların behiştinin locasındadır.
Mömin və bisavad müsəlmanların əvəzindən qol qoydu Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 17 oktyabr 1923, №35
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-bistu-hestum
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Belə tutaq ki, bir bütpərəst, ya xaçpərəst bizim islam dinini qəbul etmək istəyir. Qabaqdan mən deyirəm ki, bu şəxs məscidlərimizi görcək bu fikirdən düşəcək. O səbəbə ki, məscidə girən kimi çıxıb qaçmaq istəyəcək. Və məsciddən qaçanı dəxi bir də məscidə çağırmaq olmaz. Çünki dəxi gəlməz. Mən də o səbəbə gəlmirəm.Mən deyirəm məscid Allah evidir, orada Allaha ibadət etməkdən savayı dəxi özgə əhvalat yaraşmaz. Amma sən məscidin havasını üfutləndirirsən, mən burnumu tutub çıxıram.
Alım-satımMən əcnəbi millətlərin içində neçə illərlə ömr keçirmişəm; onların içində bir para pis işlər də görmüşəm, yaxşı işlər də görmüşəm. Və çünki oxucularımızın bəzisi əcnəbiləri necə ki, lazımdır tanımırlar, mən burada lazım gördüm bir məsələ barədə söhbət açam. Təvəqqə edirəm oxuyasınız.Bu bizə məlumdur ki, necə ki, hər bir millətin, habelə də biz müsəlmanların içində hər bir məhəllədə sahibsiz yetim uşaqlar var. Bunların bəzisinin bəlkə ata-anaları da var; amma o qədər kasıbdırlar ki, bunların da uşaqlarını mən sahibsiz cərgəsinə qoyuram.
İslamMənə deyirlər ki, niyə danışmırsan? Mən də deyirəm ki, nədən ötrü danışım? Atam ölüb, qalmışam yetim sahibsiz. Deyirlər ki, get dərdini müsəlman qardaşlara söylə. Mən də deyirəm canım, qoy dərdini özüm çəkim. Müsəlman nəyə deyirlər? Necə nəyə deyirlər, dəli-divanə olmamısan ki! Dünya doludur müsəlman ilə. Üç yüz milyondur. Hə, başa düşdüm, oçen xoroşo. İndi de görüm bizim islam, sizin islam? Dəli, dəli danışma, bizim islam, sizin islam nədi? Doğrudan da Allah adamdan alanda qabaqca ağlını alır. Oğlan islamın mənası budur ki, düz, sadiq, bir-birinə mehriban, bir-birinin qaydına qalan, bir-birinin namusunu çəkən. Başa düşdün yoxsa düşmədin?Bəli, başa düşdüm. Bunu bayaqdan deyəydin da! Ay rəhmətliyin oğlu, məni dağa-daşa salırsan. İndi sən deyirsən ki, gürcü, rus, cuhud, erməni, firəng, yapon... Yox canım, bunlar kafirdirlər. Mən Şüsteri demirəm, mən müsəlman deyirəm ki, təharətin, nəcasətin, kəcalətin, rəfafətin, məzaqətin, nikahətin, təlaqətin, kəsalətin, nə bilim nəyin, nə bilim nəyin qəvaidinə aşina olsun, ehkamını yerinə yetirsin.
Təzə ilBir il keçir, o biri il gəlir; 1329-cu il keçdi, 1330-cu il daxil oldu. Xaçpərəstlərin 1911-ci ili getdi 1912-ci ili başlandı.Aylar dolanır, həftələr, günlər, saatlar, dəqiqələr hərəkət eləyir. Əbrü badü məhü xurşidü fələk dər karənd.
Стихи других поэтов · Сатира
El tüpürür vicdanına Hitlerin,Qorxu düşübdür canına Hitlerin.
Ədəbiyyat (“Ey “Kəlniyət!” Ey xatirinin zövqü savası”)Ey “Kəlniyət!” Ey xatirimin zövqü səfası,Yalnız demə kim, mollaların boşdu qafası,
Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilərОтшельник верит, что во сне при жизни рай он обретет,Что он над бездной в райский сад, как тень крылатая, порхнет.
Dedilər gərçi mülki-İranəDedilər gəıçi mülki-İranəAçdı məşrutə bir təriqi-nəcat,