Belə tutaq ki, bir bütpərəst, ya xaçpərəst bizim islam dinini qəbul etmək istəyir. Qabaqdan mən deyirəm ki, bu şəxs məscidlərimizi görcək bu fikirdən düşəcək. O səbəbə ki, məscidə girən kimi çıxıb qaçmaq istəyəcək. Və məsciddən qaçanı dəxi bir də məscidə çağırmaq olmaz. Çünki dəxi gəlməz. Mən də o səbəbə gəlmirəm.


Mən deyirəm məscid Allah evidir, orada Allaha ibadət etməkdən savayı dəxi özgə əhvalat yaraşmaz. Amma sən məscidin havasını üfutləndirirsən, mən burnumu tutub çıxıram.

Mən deyirəm ki, məscid Allah evidir, orada imama təziyə saxlamaqdan savayı dəxi özgə oyunbazlıq artıqdır. Amma sən məscidi saldat-bazarına döndərirsən. Mən də cığ-vicdan qulaqlarımı tutub qaçıram.

Mən deyirəm ki, məscid Allah evidir, burada yaraşar ki, fəzilətli və həqiqi alimlərimiz hərdənbir camaatı yığıb, millətdən, insaniyyətdən, dindən və dünyadan bir para nafe moizələr edələr. Amma sən İranın bikar əmmaməlilərini və ac seyidlərini çıxardırsan minbərə, onlar da məsciddə avamdan savayı bir qanan adam görməyib, başlayırlar “Bəhrülməsaib” kitabından imamlar və peyğəmbərlər barədə elə mövhumat söyləməyə ki, iyrənib, durub çıxırsan çölə. Onunçün mən də məscidə getmirəm.


Tutaq ki, bir xaçpərəst və ya bir yapon bizim dinə daxil olmaq istəyir. Axır bu şəxs istəyəcək bir məscidlərimizi görsün. Qabaqca deyirəm, mən xəcalət çəkərəm buna rəhnümalıq eləyib məscidə gətirməyə. Çünki bilirəm ki, məscid dağılanda müsəlman qardaşlar başmaqlarının dərdindən birdən hücum çəkəcəklər məsciddən çıxmağa. Elə bil, gözümün qabağındadır ki, bir nəfər Kəblə Cəfərəli məsciddən çıxıb, bir əlində yekə və təzə başmaq tayı, o biri əlində köhnə və xırda başmaq tayı, iki əlini yuxarı qalxızıb çığırır:

– Atana lənət özgə başmağını geyən!..

Biçarə başmaqları taykeş geyib gedir evinə.


Mənim ağlıma bir şey gəlir: dünən qəzetlərdə oxudum ki, italyanlar Trablisdə ərəblərin məscidini gülləyə basırmışlar. Çox yaraşan bir həqiqətdir: belə millətin belə saxlanan məscidlərini gülləyə basmaq çox asandır.

Afrikada straus quşları başlarını qumun içinə soxanda elə bilirlər ki, onları görən yoxdur və yoldan keçənlər yavaşca gedib tuturlar. Biz də başımızı məscidlərimizə straus quşu kimi soxuruq; onun üçün də bizi tutmaq çox asandır. İnanmırsan, bax tarixə və bax indiki vüquata.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 18 dekabr 1911, №45

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Millətlər

Axır vaxtlarda Qafqazda və Rusiyada qəzetlərdə bir məsələ danışılmaqdadır. Aya səbəb nədir ki, Finlandiya və Ukrayna müstəqil idarə sahibi olmaq yolunda çalışanda Qafqaz millətlərindən bu barədə bir səs çıxmadı; bir surətdə ki, Qafqaz millətlərinin içində elə bir millət də tapıla bilərdi ki, onun istiqlaliyyətə hazırlığı Ukraynadan artıq olsun; məsələn, Gürcüstan. Aya bunun səbəbi nədir? Çoxları buna belə məna verirlər ki, doğrudur, Qafqaz millətlərinin də azad olmaq yolunda çalışmağa haqqları ola bilərdi, amma onları bircə şey saxlayır; o da məhz insaniyyət və ədəblilik.Açığı budur ki, guya Rusiya hökumətinin başının qarışıqlığı vaxtında Qafqaz millətləri istəmədilər hökumətə dəxi də artıq dərd-sər versinlər. Guya Qafqaz millətləri istədilər cavan-mərdlik büruzə versinlər; çünki Qafqaz millətlərinə yəqindir ki, hökumət də axır qanacaqsız deyil, əlbəttə, inşaalah başı açılandan sonra ola bilməz ki, Qafqaz yoldaşlarını yada salmasın.

1 мин
Ehsan

Axır vaxtlar qaçqınlardan çox danışırlar (bikarçılıq pis şeydir). Hələ danışmaq nədir ki! Qəzetlərdə də yazırlar (çünki yazmağa söz tapmırlar).Danışırlar ki, Türkiyədən alınan yerlərin əhalisi yaman bir haldadır. Yazırlar ki, İrəvan quberniyasında və İranda müsəlmanlar qan ağlayırlar. Yazırlar ki, bu millətin guya sahibi yoxdur (bəs Bakı milyonçuları?).

2 мин
Bambılılar

Bir neçə gün bundan qabaq Tiflisdə xəbər çıxdı ki, Ənvər paşanı, Tələt paşanı, yenə bilmirəm hansı paşanı öldürüblər, Soltan da özünü öldürüb, İstambulda böyük hərc-mərcdir və türklərin axır nəfəsidir və labüddürlər ki, ruslarla ayrıca barışıq eləsinlər.Lazımdır demək ki, Yevropa davası başlanandan buyana belə-belə xəbərlər ildə bir neçə dəfə çıxıb və necə ki, indiki xəbərin əsli yalan olub, keçən qaydaq çıxan xəbərlər də əsilsiz və yalan olublar.

2 мин
Azadiyi-vicdan

Rusiya inqilabının bərəkətindən törəyən azadlıqların biri də vicdan azadlığıdır.Azadiyi-vicdanın iki mənası var: biri budur ki, mənim aləmimdə mən gizlicə hiss elədiyim şeyləri nə cür ki, öz ağlım kəsir və insafım qəbul edir, o cür də qanıram və ona görə də əməl eləyirəm. Mən, məsələn, yaxşını yamandan öz qanacağıma görə seçirəm; onu bir özgəsindən soruşmuram. Mən görürəm ki, şüşə qabı əlimdən yerə salsam, sınacaq; dəxi salmağı rəva görmürəm. Mənim yetim uşağa rəhmim gəlir, çünki o uşaq sahibsizdir və bu barədə dəxi mənə zor yoxdur.

2 мин

Стихи других поэтов · Сатира