Rusiya inqilabının bərəkətindən törəyən azadlıqların biri də vicdan azadlığıdır.

Azadiyi-vicdanın iki mənası var: biri budur ki, mənim aləmimdə mən gizlicə hiss elədiyim şeyləri nə cür ki, öz ağlım kəsir və insafım qəbul edir, o cür də qanıram və ona görə də əməl eləyirəm. Mən, məsələn, yaxşını yamandan öz qanacağıma görə seçirəm; onu bir özgəsindən soruşmuram. Mən görürəm ki, şüşə qabı əlimdən yerə salsam, sınacaq; dəxi salmağı rəva görmürəm. Mənim yetim uşağa rəhmim gəlir, çünki o uşaq sahibsizdir və bu barədə dəxi mənə zor yoxdur.

Allahı tanımaq və ona sitayiş eləmək, həmçinin mənim gizli hissimdir; yəni mənim vicdanım nə cür ki, mənə yol göstərir, ona görə də mən Allaha ibadət eləyirəm, dəxi bu barədə mənə həmçinin güc və hökm yoxdur və ola da bilməz.

Bu, azadiyi-vicdanın bir mənası.

İkinci mənası da budur ki, biz gördük 1336-cı məhərrəmin imam təziyəsində.

Nə gördük?

Gördük ki, dünya və aləm bir-birinə dəyib, küçə və bazar məmlüv, dəstələrin nərəsindən qulaq tutulur, dağlar az qalır lərzəyə gəlsin, mübarək qanlarına qəltan ağköynəklərin “va milləta!” fəryadı, qiyam-qiyamət, tufani-Nuh, arvad-uşaqların, lotu cibgirlərin və müsəlman çinovniklərinin sinə vurmaqları qarışıb bir-birinə!.. Dəxi nə ərz eləyim, cəmi əğyar millətlər cəm olublar tamaşaya. Baxırlar, baxırlar, baxırlar və öz könüllərində kim nə bilsin nələr söyləyirlər?

Xülasə, bu heyndə nədir mənim yadıma düşən?

Mənim yadıma düşən budur ki, ey dad-bidad bu dəstgahın içində deyəsən müsəlman intelligenti, yəni müsəlman oxumuşları görsənmir.

Pəhə! Belə də iş ola bilərmi? Pəhə, mən özüm öldürrəm! A gədə, durma, bir dəstə adam göndər və bunların əlinə oxumuşların siyahisini ver, getsinlər onları evlərindən çəkə-çəkə gətirsinlər ağköynək məclisinə.

Demək ki, azadiyi-vicdanın ikinci mənası budur ki, mən görəndə ki, bir müsəlman intelligenti şaxsey dəstəsinə yapışmır, mənim vicdanım mənə deyir ki, o biçarə yolu azıbdır, bir əlidəyənəkli göndər, onu zor ilə gətirsin.

Odur ki, bu il hürriyyətin sayəsində o cəlal ki, bizim şaxsey dəstgahında var idi, köhnə zamanlarda yox idi.

Yaşasın hürriyyət, yaşasın azadiyi-vicdan!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 18 oktyabr 1917, №20

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Həqiqət

İstəyirəm burada möhtərəm oxucularımız ilə bir az söhbət eləyəm. Hər kəs mənim bu söhbətimə qulaq asmaq istəyir, əvvəl “Tərəqqi” qəzetinin 132-ci nömrəsində ikinci səhifədə əvvəlinci sütunun aşağısında yazılan teleqramı oxusun və mən də hələ bir stəkan çay içməyə məşğul olum, sonra gələk söhbətimizə.Bəli, haman teleqrafın məzmunu budur:

3 мин
Köhnə il

Adətdir, köhnə il qurtaranda və təzə il daxil olanda hamı qəzetlər köhnə ilin müddətində üz verən əhəmiyyətli vüquatı bir-bir yazıb oxuculara bildirirlər. Bu adətə biz də əməl eləyirik.1908-ci ilin ərzində böyük vüquatdan biri budur ki, Avstriya hökuməti Bosniya və Hersək vilayətlərini zəbt eləyib öz məmləkətinə qarışdırıb və Bakının Bülbülə kəndində bir müqəddəs seyid bir lal müsəlmanın dilini açıb danışdırıb. Həmin 1908-ci ildə İranda Səttar xan baş qaldırıb və gəncəli Məmmədovların köməkliyi ilə Azərbaycana sahib olub. Peterburq şəhərində rus xanımlarının yığıncağı baş tutub və hər vilayətin, hər tayfanın arvadlarından o yığıncaqda olublar. Qafqaz xanımları tərəfindən yığıncaqda Gəncə xanımlarından altı nəfər olub və bunlar orada hüquq barəsində çox nitqlər söyləyib. Və molla Məyub yeddi yaşında bir qıza kəbin kəsib bir nəfər molla Əliyə verməyi barəsində…

3 мин
Necə qan ağlamasın daş bu gün

Necə qan ağlamasın daş bu gün, qırxılır gör neçə min baş bu gün!*Bəli, başlar başlayıblar qırxılmağa. Dəllək dükanlarında macal yoxdur. Aşura günü iki yüz yetmiş milyon baş yarılacaq.

2 мин
Qənimət

Amma bu zalım Orenburq tatarlarının içindən qəribə şairlər törəyib. Məsələn, ayıb olmasın. “Din və məişət” jurnalının birinci nömrəsində “Səddiqüləmini” imzası ilə bir şair yazır:Əzimətsən, əzimətsən, əzimət,

1 мин

Стихи других поэтов · Сатира