Məlumunuz olsun ki, mən bu günlərdə Mərkəzi İcraiyyə Komitəsi üzvləri ilə bahəm Lənkəran şəhərinə gələsiyəm. Sizdən xahiş edirəm:

Əvvələn – biz oraya gələn vəqt sizdən mümkün olsa bəndəni tapasınız ki, görüşək və sonra mən ora gələn vəqtədək həmin məlumatı toplayasınız ki, mən görüşəndə mühazirə eyləyəsiniz.

  1. Lənkəranda bu saət neçə məscid var?

  2. Orada neçə molla var? Bunların faizi neçədir və hərəsinə xali (?) neçədir?

  3. Həmçinin qəzada hansı qismdən və hansı kənddən və ətrafdakı kəndlərdən neçə molla var?

  4. Cəmi mollaların adı? Nə qədər imkan bacarırsınız onların adlarını siyahı edəsiniz.

  5. Harada təhsil tapıblar?

  6. Bu qədər mollanın nə qədəri iranlı və nə qədəri azərbaycanlıdır?

  7. Bunların hansı bu saət ev məktəbi saxlayır, yaxud hücrələrində dərs deyir?

  8. Mümkünsə, onların məktəblərindən və dərslərindən bir qədər məlumat toplayasınız.

Cəmaətin maarifinə bir növ ilə xidmət naminə bu məlumatı toplayasınız ki, Lənkəranda mənə verə biləsiniz.

Sizin dostunuz,

Molla Cəlil Məhəmmədquluzadə

Bakı, 18 sentyabr, 1928-ci il

“Molla Nəsrəddin” məcmuəsi

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Bu nədir?

Çox şeylər dünyada var ki, mən onu bilmirəm. Mən bilmədiyim şeylərin biri də budur ki, aşağıda ərz edəcəyəm.Osmanlıda qanuni-əsasi yolunda çığır-bağır eləyənlərin çoxu arvadlardır. Biz qəzetlərdə oxuduq ki, osmanlı arvadları bir yerə cəm olub nitqlər söyləyiblər və and içiblər ki, payimal olan hüquq və ixtiyarlarını qanuni-əsasi vasitəsilə geri alsınlar. Və hamı görür ki, minlərcə osmanlı arvadları bir meydana yığışıb, utanmaya-utanmaya və heç bir kişidən qaçmaya-qaçmaya, kişi kimi bir uca stolun üstünə çıxıb, kişilərin içində səslərini ucaldıb, nitqlər söyləyirlər.

2 мин
Tədarük

Müsəlmanlar bərk tədarükdədirlər. İndidən hər kəs ki, tanış kəndlilərindən birinə rast gəlir, qaçıb kəndlinin qabağını kəsib deyir:– Qasıməli kirvə, əlbəttə bizə gərək iki put xalis inək yağı gətirəsən, amma üç həftəyədək gərək yetirəsən… əlbəttə-əlbəttə!

2 мин
Nüma

“Molla Nəsrəddin”in lüğətindən*Nüma, yəni nə ola?

1 мин
Təməllüq

Kəlküttədə çıxan “Həblül-mətin” ruznaməsi üçüncü nömrəsində yazır ki, sultan Əbdülhəmid insan deyil, bəlkə məlaikə kimi bir şeydir; yazır ki, sultan Əbdülhəmid “dər qətari-əvvəlin-ricali-siyasəti-aləm bəşümarəst”; yəni siyasət aləmində əvvəlinci adamlardan hesab olunur. Və yazır ki, “hərçənd avropalılar sultan Əbdülhəmidi müstəbid və müxalifi-məşrutiyyət hesab eləyirdilər, amma sultandan artıq məşrutəxah heç bir padşah dünyaya gəlməyibdir”.Söz yox ki, indi “Həblül-mətin”in 3-cü nömrəsini hər bir iranlı oxuyubdur və indi hər bir iranlı bu əqidədə olacaq ki, sultan Əbdülhəmid məlaikə kimi bir şeydir, siyasət aləmində əvvəlinci bir vücuddur və məşrutəxah padşahların hamısından artıq məşrutəxahdır.

2 мин

Стихи других поэтов