Dünən getmişdim Bakı vağzalına. Bilet sandığının qabağında düzülən cərgənin quyruğu gəlib küçəyə çıxmışdı. Deyirdilər ki, bu qədər adamın hamısı səhərdən növbəyə durublar.

Birinci zəng vuruldu, həmin cərgədə duranlar tərpəşmədilər, ikinci zəng vuruldu, yenə həmin halət: heç kəs yeridən tərpənmir. Üçüncü zəng vuruldu, yenə duranlar yerində durublar. Amma söz burasındadır ki, çox-çox cavanlar gördüm ki, cərgədə duranlara baxmayıb hərə cibindən bir möhürlü kağız çıxartdı, uzatdı bilet satana ki, “mən məsul işçiyəm”. O dəmdə kağıza peçat basıldı və kağız sahibi keçdi getdi vaqonun istədiyi yerində özünə yer tutdu və maşın hərəkət elədi. Dünən mən cərgədə gördüyüm camaatın hamısı qaldı; çünki maşın ancaq məsul işçiləri götürdü apardı.

Amma yerdə qalanların çox-çoxu... kasıb-kusub idilər ha!..


Birisi məndən soruşdu:

– Bəs, mən nə eləyim ki, asanlıqla minib gedim Şamxora?

Dedim:

– Lazımdır bir qulaqlı şalvar, bir ləzgi çəkməsi, boğazı lap uzun, belini elə çək ki, gürcü xanımının belindən incə olsun, papağı bas gözünə, qoltuğunda da bir portfel. Cibindən bir məsul işçilik kağızı çıxart (çox ucuzdu). Eləcə vağzala yetişən kimi ştempel basdır, gir vaqona.

Dünən mən gördüyüm dəmir yol qatarı – məsul işçi qatarı idi.

Bəs, bundan yaxşısı bu deyilmi ki, bir ayrıca, xüsusi bir məsul işçi dəmir yolu çəkələr ki, “qeyri məsul” bəndələrə də dəmir yolu ilə tərəddüd etmək qismət olsun?

Məgər onları cənab Allah yaratmayıb?

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 22 sentyabr 1923, №33

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Kifayət deyil

O idarə qulluqçuları ki, eydi-mübarəki-rəməzanda qulluqdan azad olub, bütün gün gəzməklərinə getdilər, yainki səhərdən axşama kimi evlərində yatdılar, onlar güman etməsinlər ki, onların boynunda dəxi başqa bir təklif yoxdur.Eydi-şərifi-rəməzanda məktəblərdən, nəşriyyat idarələrindən, maarif müəssisələrindən azad olub tətilə qalmış və bayram şəraitini əmələ gətirməmiş müsəlman və müslimələr şəriət sahibinin yanında müşğüzümmə ola bilərlər.

1 мин
Ammalar

Bu saat bir çox yerlərdən xəbər gəlir və bunların da görürsən biri “Amma”ilə qoyur, biri “Lakin” ilə qurtarır. Biri “fəqət” ilə qurtarır, biri “ancaq” ilə qurtarır və habelə. Bunlar bizim yazımızda olmasaydı, işlərimiz çox əla surətdə keçərdi.Hər gün qəzalarımızdan bir xoş xəbər eşidirsən. Amma axırda görürsən ki, bu xoş xəbərin quyruğunda ya bir “Amma” var, ya “Fəqət” və ya yuxarıda yazdıqlarımızdan biri.

2 мин
Təlimi-doxtəran

Pəhləvidə çıxan “Nisvani-Şərq” ruznaməsi iyirmi səkkiz rəməzanda yeddinci nömrəli nüsxəsində yuxarıdakı mövzua dair bir məqalə başlayıbdır.Bunu mən başdan axıradək artıq maraqla oxudum; çunki Pəhləvi kimi bir müqəddəs şəhərdə qızların tərbiyəsi barəsində, aya, görəsən, nə kimi təzə bir söz danışmaq olar?

2 мин
Tabut içində

Özəklərin namizədlərinə ibrət olsun. Səkkiz apreldə getmişdim Padar kəndinə. Gördüm ki, məscidin qabağı adamla doludur. Nə var?Uzaqdan gördüm ki, ortalıqda bir tabut var. Yavuq gəlib gördüm ki, tabutun içində bir adam var, amma paltarlıdır, kəfənli deyil. Dedim:

1 мин

Стихи других поэтов · Сатира