Страница 1 из 3

Bu gün tezdən amerikalı qız məni telefona çağırdı:

– Təzə bir hadisə barəsində danışmaq üçün səninlə görüşmək lazımdır, – dedi. Mən onun boş günü olduğunu bilmirdim, buna görə də telefonla ona dedim:

– Bu gün işləmirsinizmi?

– Xeyr, bu gün istirahət günüdür, hər vaxt istəsən gələ bilərsən.

Mən saat on birdə amerikalı qızın evinə getdim. Qız yenə də məni əvvəlki məhəbbətlə qəbul etdi, onun mənimlə olan dostluq əlaqəsində heç bir dəyişiklik görmədim. Qız məni nə üçün yanına çağırdığından söhbət açmazdan qabaq Amerika konsulunun əldə etdiyi bir neçə vəsiqələri gətirib göstərdi. Bu mühüm vəsiqələrdən birisi Rusiyanın Tehran səfiri Etterin Petroqrada, xariciyyə nazirinə göndərdiyi gizli teleqramdan ibarət idi.

«Tehran 1 mart 1916

Tehran səfiri Etterdən Xariciyyə naziri Sazonova:

Fərmanfərmanın Rusiya dövlətindən rüşvət alaraq məmləkəti satdığını əsas tutmaqla Tehranda beş yüz nəfər ruhani və tacir bəstə oturmuşdur. Bəstə oturanlar onun baş vəzirlikdən istefa verməsini tələb edirlər.

Bu gün Fərmanfərma istefasını verdi. Süpəhdarı baş vəzir təyin etmək istəyirik. Lakin hələlik o, tərəddüd göstərir, bu vəzifəni götürmək istəmir. Yaxşı olardı ki, sabah padşahın özünə də bir yüz min manat verək və ingilislərlə bərabər ayda ona 15 min tümən maaş təyin eləyək.

Fərmanfərmanın özünə də para yardımı vermək lazımdırə.

Amerikalı qız bu vəsiqələri mənə verdikdən sonra:

– Çar və İngiltərə dövlətləri İran istiqlaliyyəti məsələsini həll etmişlər. Onlar artıq bu ölkəni müstəqil bir ölkə kimi tanımırlar.

– dedi.

Mən isə onun cavabında:

– Sən tamamilə başqa cür düşünməlisən, – dedim. - İndi İran məsələsi yox, bütün kiçik dövlətlərin müqəddəratı həll olunur. Müharibə bitmədən bu məsələlər haqqında danışmaq və peyğəmbərlik etmək artıqdır. Hələ oyun davam edir, dünya müharibəsinin əliqanlı aktyorları özünü çox da fəna hiss etmir. Bizim vəzifəmiz isə bu qanlı əsərin finalını gözləməkdən ibarətdir.

Mən qızla danışarkən, eyni zamanda İranın vəziyyətini düşünürdüm. çünki Təbrizdə hökumətə məxsus elə bir hüquq yox idi ki, onu çar hökuməti öz əlinə almamış olsun. İran hökuməti ilə çar və ingilis dövlətləri hər bir alış-verişi mərkəzdə həll edirdi. Yerli hökumət və mahal hökumətləri isə göstərişləri İranın mərkəz hökumətində deyil, məhəlli çar konsulları və konsul agentləri tərəfindən alırdılar. Təbrizdə Azərbaycan valisi Nizamülmülk və hətta vəliəhdin özü də evinə qapanıb oturmuşdu. İran hökuməti son günlər çar konsullarının icraiyyə orqanı vəzifəsini daşıyırdı. Çar konsulları götürmək istədikləri hakimlər haqqında Tehrana əmr verir, Tehranda hökumət kabinəsi isə onu vəzifəsindən çıxarmaqla konsulun verdiyi namizədlərdən birisini təyin edirdi.

Yerli hökumətlər heç bir kəsə nüfuzunu göstərə bilmirdi. Məzlumlar da, zalımlar da Rusiya təbəəsi olmaq və konsulxana himayəsinə girməyə öyrəşmişdi.

Təbrizdə Sahibüləmr meydanında düzülüb iş gözləyən hambalların bəziləri də öz haqqının düzgün verilməməsinə qarşı iran- İlmi hədələyib: «Gözünü yaxşı aç, məni yaxşı tanı! Mən konsulun atlarının saman və arpasını daşıyan adamam hal» deyirdi.

Çar konsulu isə son günlər Təbrizdə işləyən gizli əlləri tapmaq üçün cürbəcür çarələr düşünürdü. Buna baxmayaraq, onun düşündüyü bütün hiylələr ifşa edilməkdə idi.

Mənim zənnimə görə, amerikalı qız bu cür söhbətlərdən danişacaq və çar konsulunun təzə təşəbbüslərindən xəbər verəcəkdi.

Qız hər söhbətdən sonra:

– Nizamülmülkün çar konsulxanasına göndərdiyi məktubdan xəbəriniz varmı? – deyə soruşduqda mən:

– Xeyr, yoxdur dedim. – Nina xəstə yatdığı üçün on gündən bəridir ki, konsulxanada mövcud olan vəziyyətdən xəbərimiz yox idi.

Miss Hanna Nizamülmülkün çar konsuluna yazdığı məktubun surətini çıxarıb göstərdikdə mən ona sual verdim:

– Bu məktubları çar konsulxanasından ələ keçirməkdə məqsədiniz nədir?

– Madam ki, çar konsulxanasında çalışan zabit bu vəzifə üçün Amerika konsulxanasından müəyyən para alır, orada olan lazımlı və lazımsız vəsiqələrin hamısını gətirməlidir.

Mən məktubu aldım. Bu, Təbrizin vəziyyətini xarakterizə etmək üçün çox lazımlı bir məktub idi.

“Cənab konsul! Hazırda Təbriz şəhəri işsiz və kimliyi məlum olmayan qadınlarla doludur. Onlar Təbriz şəhərinə İran yerli idarələrinin icazəsi və bizim sərhəd məmurlarımız tərəfindən verilmiş vəsiqələrlə gəlməmişdir. Buna görə də onlar heç bir inzibati idarədə qeyd olunmamışlar. Yerli inzibat idarələri onların müdafiəsini öz öhdələrinə götürə bilməz. Hazırda İrana kömək üçün pasport almaq üsulu Rusiyanın hərbi dairələri tərəfindən ləğv edilmişdir. İndi İrana hər kəs istərsə, Rusiyanın hərbi ləvazimatı daşıyan karvanlarına qoşulub keçə bilər. Buna görə də Təbriz şəhəri işsizlər və kimliyi naməlum kişilər və qadınlarla doludur.

Bunları cənab konsulun bəzərinə yetirdikdən sonra bir daha əlavə etməyi lazım bildim: rus qadınlarının hansı bir dövlət təbəəsi tərəfindən qarət olunduğunu yuxarıda cənab konsula göstərdiyimiz səbəblər nəticəsində təyin etmək mümkün deyildir.

Qadınları harada qarət etmişlər? Hərgar şəhərin kənarında və özlərinə naməlum bir yerdə soyulmuşlarsa, o zaman cənab konsul qadınların o cür yerlərə nə üçün getdiyini təyin etməlidir. Təbrizdə inzibati qüvvələrinin fəaliyyət qüvvələrini artırmaq və onlardan iş tələb etmək də mümkün deyil. Onları sıxışdırmaq olmayır, hər bir hadisədə cənab konsul erus təbəələrini incidirsizə, deyə bizə tələbat verir.

Rus təbəəsi və rus himayəsində olmayanlar da vergi verməmək üçün sizin təbəəniz olmağa və himayənizə girməyə can atırlar. Hazırda hökumət idarəsində xidmət edənlər bir neçə aydır ki, maaş almamışdır.

Təbrizdə işləyən gizli əlləri tapıb konsulluğa təslim etmək işi də mümkün deyildir, çünki şəhərin inzibat işləri və axtarıcı təşkilatlarının vəzifəsini rus hərbi dairələri aparır. Yerli hökumət heç bir kəsə yanaşa bilmir, yerli hökumətin şübhələndiyi adamların cibindən rus hərbi dairələri və rus konsulxanası tərəfindən verilən vəsiqələr çıxır.

Bu məktuba əlavə olaraq miss Hanna çar konsulxanası tərəfindən Amerika konsulxanasına göndərilmiş rəsmi bir məktub da göstərdi.

Məktubda təbrizlilərin avropalılara hücum etmək hazırlığında olması, rus, polyak və sair avropalı qadınların soyulması və yerlilərin tez-tez onlara təcavüz etməsi, buna görə də çar konsulxanasının qəti tədbirlər görmək məcburiyyətində qalması yazılmışdı.

Amerikalı qız mənə sual verdi:

– Qadınlara təcavüz edilməsi məsələləri doğrudurmu?

– Doğrudur. Mən bu barədə Nizamülmülkün çar konsuluna vazdığı məktubuna tamamilə şərikəm.

Amerikalı qız başına hərəkət verərək:

– Çar konsulxanasında başlamış təzə bir hazırlıq haqqında danışmaq üçün səni çağırmışam, - dedi. – Oradan aldığımız xəbərlərə görə Təbrizdəki demokrat təşkilatını və onların inqilabi komitəsini əldə etmək üçün müəyyən adamlardan ibarət yeni bir demokrat təşkilatı və onların inqilab komitəsini təşkil etmək istəyirlər. Bunu sənə xəbər verməyi Frikson da mənə tapşırmışdır, çünki özü xəstə olduğu üçün sizinlə görüşə bilmədi.

– Çox razıyam, – dedim, - lakin səndən bir ricam vardır: lazımi tədbirlər görmək üçün həmin təşkilatın üzvlərini öyrənməli, hər necə olursa-olsun bu adamların siyahısını gətirməlisənl

Miss Hanna əli əlimdə ikən:

– Ona əmin ola bilərsən, – dedi.

əki

Amerikalı qız çar konsulxanasının təzə demokrat təşkilatı düzəltdiyini xəbər verdikdən sonra biz bütün təşkilat üzvlərinə bu barədə xəbər vermiş və onlara ehtiyatlı olmalarını tapşırmışdıq.

Bizim qorxumuz xalça, əba və kisə fabriklərindən idi. Bu fabriklərdə çalışan fəhlələrin 35 faizini təşkil etmişdik. Lakin onların hamısı gənc və təcrübəsiz idilər. Onlar yalançı demokratların toruna çox asanlıqla düşər və bizim sirlərimizi ələ verə bilərdilər. Buna görə də onların hamısı ilə söhbət aparır və ehtiyatlı olmaları tapşırılırdı.

Hələlik bu təşkilatın tərkibini öyrənə bilməmişdik. Bunların haradan və nə cür işə başlamaları da məlum deyildi. Bizim özümüz də qeyri-adi bir vəziyyət almışdıq, bizə hər kəs yaxın düşürsə, onu çar casusu və xəfiyyəsi hesab edirdik. Tanışlar və tanış olmayanlara adi sözləri belə danışmağa cəsarət etmirdik. Buna görə də bir çoxları bizə şübhəli nəzərlərlə baxırdı. Lazımi məsələlərdən ötrü müşavirə çağırmaq da mümkün deyildi. Vəziyyəti tezliklə öyrənməli idik.

Bu məsələdən on beş gün keçirdi. Bu gün səhər tezdən təzə dinqilab komitəsinin divarlara intibahnamələr yapışdırdığı xəbərini aldıq. Bunu yalançı təşkilatın «inqilab komitəsi» buraxmışdı. Bununla da təzə xəfiyyə təşkilatı intibahnamələri oxumaq üçün yığılan xalqın əhvali-ruhiyyəsini öyrənmək və xalqın fikrindən xəbərdar olmaq istəyirdi. Lakin Təbriz xalqı xəfiyyə təşkilatının bu intibahnamələrinə çox da əhəmiyyət vermədi, çünki intibahnamələr mövzu və mündəricə etibarilə çağırıcı deyildi. Çar konsulunun göstərişi ilə düzələn vərəqlərin məzmunu bundan ibarət idi:

dTəbriz camaatı! Qanlar və qurbanlar bahasına əldə etdiyiniz inqilab məhv olur. Lakin inqilabi fikirlər heç bir zaman məhv olmur! Hazırda Azərbaycan əyaləti zalım Nizamülmülkün və əyyaş vəliəhdin idarəsi altında əzilir. Məmləkətin gəlirini müftəxorlar və zalımlar yeyirlər. Siz Rəhim xanları və sairləri məğlub edən təbrizlilərsiniz. İndi artıq vəliəhdi və zalım Nizamülmülkü qovmaq vaxtıdır. İndi artıq siz özünüzü idarə etməlisiniz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci pərdə

Bir quyunun kənarında sıra ilə düzülmüş xurma ağaçları görünür. Yüklər biri-birinin üzərinə yığılmışdır. Qafilə camaatı xurma ağaçlarının altında rahatlanır. Karvanın dəvələri uzaqda otlayır. Zəng səsləri gəlir.*Yusif qolları bağlı bir halda qardaşlarının qarşısına gətirilir.*

3 мин
Üçüncü pərdə

Vaqe olur Misrin kölə satılan bazarında. Tacirlər öz kölələrinə təmiz libas geyindirib saxlamışlar. Yusifin ağası Malik isə öz arxadaşları ilə bərabər, Yusifə bahalı paltar geyindirib satmaq üçün saxlamışdır.*Malik** — *(Yusifə)*

4 мин
Dördüncü pərdə

Vaqe olur Züleyxanın sarayında. Saray Misrin kübar ailələrinə məxsus bir ziynətlə bəzənmişdir. Böyük salonda gözəl qadınlar bədənləri açıq bir surətdə rəqs edirlər. Divarlarda gözəl gənclər və qızlar biri digərinin qucağında olaraq təsvir edilmişdir. Züleyxa salonun yuxarısında yüksək bir səndəldə oturmuşdur. Yusif salona daxil olduqda heyrətlənir.*Yusif** — *(Züleyxaya)*

6 мин
Beşinci pərdə

Vaqe olur Misir Fir’onunun sarayında. Möhtəşəm bir salondur, böyük pəncərələrdən Nil çayı görünür. Çayın uzaq kənarında ehramlar gözə çarpır. Salondan baxanda Misrin Əbülhovllları görünməkdədir.*Salonda Fir’on və onun qadını Asnat üçün bəzəkli və yan-yana iki qoltuqlu səndəl qoyulmuşdur. Yüksək səndəllərin sağ və solunda kiçik səndəllər mövcuddur. Salonda iki sıra qadın və kişilər durmuşdur. Aralıq qiymətli xalçalar ilə döşənmiş bir yoldur. Asnat Fir’on ilə salona daxil olur. Ətraflarında gənc oğlanlar və qızlar vardır. Yusif Fir’onun sağ tərəfində olduğu halda oxumaqda olan iki sıranın arasından keçirlər.*

5 мин

Стихи других поэтов