Страница 3 из 3 · 67%

Su anbarında qoca qadını gözləmək üçün bir nəfəri qarovul qoyub, Mir Sadığı çıxarıb otağa gətirdilər. Onun ağzını açdılar, bir neçə dəqiqə titrəyə-titrəyə nəfəs aldı, nəhayət, üzünü Arşaka çevirib:

– Mənim əhli-əyalım necə oldu? – dedikdə Arşak:

– Əhli-əyalından nigaran qalma, məsələdən xəbəri yoxdur, öz otaqlarında yatırlar. Onların toxunulmaz bir halda buraxılması sənin suallarımıza doğru cavab verməyindən asılıdır, – dedikdə Mir Sadıq:

– And olsun cəddimə, hər nə soruşsanız doğrusunu deyəcəyəm! Hər nə istəsəniz verəcəyəm, ancaq sizdən xahişim vardır: birisi, əhli-əyalıma toxunmayın, ikincisi də həyatıma qəsd etməyin.

– Bunların hər ikisi sənin öz rəftarından asılıdır. İndi de görüm təzə düzələn təşkilata nə vaxt daxil olmuşsan?

– Siz bunu haradan bilirsiniz?

– O sənin işin deyil, səndən söz soruşuram! Həmin casus təşkilatına nə vaxt daxil olmusan?

– May ayının axırında.

– Bütün dediklərinə vəsiqə verməlisən.

– Vəsiqəm vardır.

– Göstər!

Arşak bunu dedikdən sonra Mir Sadıq:

– Hərgah vəsiqə vermək lazımdırsa, o zaman rica edirəm ki, qollarımı açasınız.

Arşak onun qollarını açdı, o, ayağa durub kiçik bir sandığı açdı, içərisindən rusca bir vəsiqə çıxardı. Bu vəsiqədə «Mir Sadıq Mir Ələkbər oğlu 125 nömrəli dəftərdə qeyd olunmuşdur? sözü yazılmışdı.

– Sən Yemelyanovla necə tanış olmusan?

– Mən birinci dəfəYemelyanovla yox, general Snarski ilə tanış oldum.

– General Snarski ilə necə tanış oldun?

– Onunla məni bir nəfər rus qadını tanış etdi.

– Rus qadını səninlə nə cür tanış oldu?

– Qadın 9-cu illərin axırında Rusiyadan gəlib burada mehmanxanada yaşayırdı. O, çox gözəl idi, namuslu idi, general Snariskinin bacısı qızı olduğunu söyləyirdi, mən onu mehmanxanada bir neçə kərə görüb xoşlamışdım. Qadın özü də mənə baxırdı, onun mənimlə tanış olmağa həvəsi var idi. Nəhayət, günün birində mən mehmanxana sahibi Aleksandra mətləbi açdım. O məni öz otağında qızla tanış etdi. Onunla bir ay mehmanxanada yaşadıq, sonra da ona cErmənistanəda ev tapıb ora köçürdüm.

– İndi həmin qız haradadır?

– Həmin qız yenə də orada yaşayır.

– Kimlə yaşayır?

– Xərcini mən verirəm.

– Onun səndə şəkli vardırmı?

– Vardır.

– Göstər görüm.

Mir Sadıq sandıqdan gənc bir qızın şəklini çıxardı, şəklin dalında rusca: «Qiymətli dostuma, Nataşadanp sözləri yazılmışdı. Qız olduqca gənc, olduqca da gözəl idi.

– Qız kimin evində yaşayır?

– Xaçatur xanın.

– O səni Snarski ilə nə cür tanış etdi?

– O məni bir neçə kərə dayısı evinə qonaq apardı.

– Snarski səni təşkilata nə cür cəlb etdi?

– Bizi cəlb etmək lazım deyildi, bizim özümüz o zaman inqilab əleyhinə mübarizə aparırdıq.

– Sən o qızın Snarskinin bacısı qızı olduğuna inanırdınmı?

– Bəli əvvəlcə inanırdım, lakin sonralar onun bir casus oldugünü və Snarski tərəfindən bu işə cəlb olunduğunu anladım.

– O qız yalqızdırmı?

– Xeyr, onunla bərabər bir çoxları var idi. Mən sonra bildim ki, onların hamısı Snarskinin bacısı qızı, dayısı qızı və sair bu kimi yaxın qohumları adı ilə bir çoxlarını aldadıb Snarskinin yanına aparırmışlar.

– Snarskinin təşkil etdiyi dəstənin üzvlərinə maaş verilirmi?

– Maaş alanlar da vardı, lakin mən almırdım.

– Nə üçün?

– Ehtiyacım yox idi.

– Sənə nə kimi vəzifə tapşırılmışdı?

– O zaman, ya indi?

– Hələlik o zamandan danışırıq.

– Əvvəlcə mən o qədər geniş bir vəzifə sahibi deyildim. İnqilabçıları öyrənmək, gizlənənləri tapıb qoşun dairələrinə xəbər vermək işi ilə məşğul idim.

– Siz onları nə cür ifşa etmək istəyirdiniz?

– Biz onları tapıb birlikdə işləmək və hamısını öyrəndikdən sonra həbs etdirmək istəyirdik.

– Yoldaşların kimlərdir?

– Xəbərim yoxdur. Hər kəs tək-tək işləyirdi.

– Bu sözün doğrudurmu?

– Cəddim haqqı, birisi də o yan-bu yan deyil.

– Hərgah sən tək işləyirsənsə, gecələri Əmrəxizdə, Qaraməlik və Quruçay tərəflərində nə işin var idi? İndi mən yəqin edirəm ki, dediyin sözlərin hamısı yalandır. Bunun üçün biz səninlə başqa cür rəftar etməyə məcbur olacağıq və bir daha sənin həyatını təmin edə bilməyəcəyik.

Mir Sadıq başını aşağı salıb fikirləşirdi. Lakin səbir və təxir etmək vaxtı deyildi. Saat dördə işləyirdi, hava bir saatdan sonra işıqlanacaq idi.

Buna görə də Arşak qalxıb onaçılanı qabından çıxardı və dəmir sandığa doğru irəlilədikdə Mir Sadıq başını qaldırıb:

– Cəddim haqqı, hamısını deyəcəm! – deyərək sözə başladı.

– Təşkilat 120 nəfərdən ibarətdir.

– Adlarını söylə!

– Öz əsl adları gizli adları ilə bərabər məndədir, hamısını götürün gedin, məni öldürməyin.

Sandığı aşdılar. Casus təşkilatının siyahısı, onun iş planları, vəsiqələr və sair qiymətli kağızların hamısını götürdülər. Bunlardan sonra Arşak soruşdu:

– Pullar haradadır?

– Paylanmaq üçün verilən pullar paylanıbdır. Qalan yüz min manatı verə bilərəm.

Mir Sadıq durub pulları gətirdi, Arşak pulları da vəsiqələr qoyulan kisəyə yığdı.

– Öz pulların haradadır?

– Öz pullarımı neyləyirsiniz?

– Uzun danışma, dur gətir!

Mir Sadıq qalxıb xalçanı qaldırdı və yerə basdırılmış kişik bir cəbə çıxardı. Orada çar qızılları, ingilis, amerikan qiymətli kağızları və sairələr var idi. Lakin Arşak bununla razılaşmadı. Mir Sadığın gizlətdiyi paraların hamısını aldı. Qadınlara məxsus qıymətli zinət şeylərini isə tamamilə mizin üstünə qoydu. Daha heç bir şeyə əl vurmadılar.

Gecə saat dörddə ulduzların şəfəqi söndüyü zaman Arşak da göz bəbəkləri bozarmaqda olan Mir Sadığa müraciətlə:

– Öl, xain! Böyük bir xalqın taleyini çar ğandarmına satanların cəzası budur! – əbanı onun üstünə çəkdi.

Bir gün sonra Təbriz küçələrində «Təzə demokrabə təşkilatı, daha doğrusu, casus təşkilatı üzvlərinin siyahıları divarlara yapışdırıldı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci pərdə

Bir quyunun kənarında sıra ilə düzülmüş xurma ağaçları görünür. Yüklər biri-birinin üzərinə yığılmışdır. Qafilə camaatı xurma ağaçlarının altında rahatlanır. Karvanın dəvələri uzaqda otlayır. Zəng səsləri gəlir.*Yusif qolları bağlı bir halda qardaşlarının qarşısına gətirilir.*

3 мин
Üçüncü pərdə

Vaqe olur Misrin kölə satılan bazarında. Tacirlər öz kölələrinə təmiz libas geyindirib saxlamışlar. Yusifin ağası Malik isə öz arxadaşları ilə bərabər, Yusifə bahalı paltar geyindirib satmaq üçün saxlamışdır.*Malik** — *(Yusifə)*

4 мин
Dördüncü pərdə

Vaqe olur Züleyxanın sarayında. Saray Misrin kübar ailələrinə məxsus bir ziynətlə bəzənmişdir. Böyük salonda gözəl qadınlar bədənləri açıq bir surətdə rəqs edirlər. Divarlarda gözəl gənclər və qızlar biri digərinin qucağında olaraq təsvir edilmişdir. Züleyxa salonun yuxarısında yüksək bir səndəldə oturmuşdur. Yusif salona daxil olduqda heyrətlənir.*Yusif** — *(Züleyxaya)*

6 мин
Beşinci pərdə

Vaqe olur Misir Fir’onunun sarayında. Möhtəşəm bir salondur, böyük pəncərələrdən Nil çayı görünür. Çayın uzaq kənarında ehramlar gözə çarpır. Salondan baxanda Misrin Əbülhovllları görünməkdədir.*Salonda Fir’on və onun qadını Asnat üçün bəzəkli və yan-yana iki qoltuqlu səndəl qoyulmuşdur. Yüksək səndəllərin sağ və solunda kiçik səndəllər mövcuddur. Salonda iki sıra qadın və kişilər durmuşdur. Aralıq qiymətli xalçalar ilə döşənmiş bir yoldur. Asnat Fir’on ilə salona daxil olur. Ətraflarında gənc oğlanlar və qızlar vardır. Yusif Fir’onun sağ tərəfində olduğu halda oxumaqda olan iki sıranın arasından keçirlər.*

5 мин

Стихи других поэтов