Süleyman Rüstəmə

Dedilər: köksünə xəncər saplanıb,Dedim: ölməmişəm, hələ varam mən!Dedilər: qəhr edər – dərdin böyükdür,Dedim: bu dərdlə də yaşayaram mən!

Dedim: Savalandır ən böyük dağım,Səttarxan sözüdür mənim bayrağım.Yayılsın dünyaya sözüm, sorağımMin-min yara almış bir diyaram mən.

Sıxıb dişlərimi kinlə, qəzəblə,Sabahın yoluna baxıram hələ!Daha mümkün deyil yaşamaq belə,Paslı zəncirləri gərək qıram mən!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов