Sən gedəndə
Dayım Yasin bəyin xatirəsinə
Sən gedəndə mən uşaqdım,Arxanca hey baxdım, baxdım.Bilmirdim gedirsən niyə,Azərbaycan deyə-deyə?
Sən gedəndə yaz fəsliydi,Bağçalar bülbül səsliydi,Gəlmişdi köçəri quşlar,Eyvanında qaranquşlarQəmli-qəmli ötüşürdü,Evə qəmli səs düşürdü...
Sən gözümdən uzaqlaşdın,Bizim kənd yolunu aşdın,Nal səslərini eşitdim,Gözü yaşlı evə getdim.Sənin anan,Mənim nənəmGözündə yaşÜzündə qəmNamaz üstə sənə dua eyləyirdi,Dodaqları asta-astaBu sözləri söyləyirdi:-Ey arxamın dağı oğul,Get, allaha əmanət ol!Daş üstündə çiçək bitir,Qayıt, canəzəmi götür.
Cənazəni götürmədiAnasını son mənziləAncaq oğul ötürmədi,Günlər aya,Aylar iləDönə, dönəÖmür getdi,Görüşünə inam itdi.Ananın qəbri üstündəHəsrət çiçəkləri bitdi...
Sən gedəndə mən uşaqdım,Arxanca hey...Baxdım-baxdım...Nə biləydim bunu ancaq:Bu yollar həsrət yolları,Qürbət yolları olacaq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirvarid-dilbazi-sen-gedende
Клавиши ← → для перехода, R — случайное стихотворение