Sehrli üzük
Zəlzələ bir çuxurdanAtdı daşı, kəsəyi.Üzə çıxdı bu zamanBöyük bir at cəmdəyi.
Bu at qayrılmış misdən,Üstü çıraq tək yanır:Günəş işıq səpərkən,Min bir rəngə boyanır.
Çöldən çoban keçərkən,Gördü çuxur parıldar.İçində atdır misdən,Böyründə bir deşik var.
Oldu bahar kimi şən,Başdan aşdı sevinci.Ata baxdı deşikdən,Gördü oyuqdur içi.
Bu oyuqda bir adamYatır illərdən bəri.Tükü, rəngi, saf-sağlam,Dəyişməmiş heç yeri.
Yatanın barmağındaQiymətli bir üzük var.İşıq düşən çağındaGünəş kimi parıldar.
Heyrət etdi gördüyüBu işlərə o çoban.Çıxardı tez üzüyüYatanın barmağından.Öz ovcuna qoyuncaDiqqətlə baxdı ona.Xeyli baxıb doyunca,Taxdı öz barmağına.
Yenə axtardı çoban,Bir şey tapmadı ancaq.Ayrıldı o, mis atdan,Çuxurdan oldu uzaq.
Tez sürüyə yanaşdı,Səsi basdı çölləri.Sevinci başdan aşdı,Gözləyirdi səhəri.
Gecə olmuşdu yarı,Çoban batmış sevincə.Sayırdı ulduzları,Göz yummadı o gecə.
Səhər oldu, dan sökdü,Günəş qalxdı yuxudan,Göydən aydınlıq tökdü.Rəngə büründü hər yan.
Yaydı sürünü çölə,Od düşmüşdü canına.Yüyürdü gülə-güləAğasının yanına.
Göstərsin bu üzüyü,Bilsin nədir qiyməti,Açsın ona gördüyüMöcüzədən söhbəti.
Ağa gördü ki, çobanGəlir kefi bulaşmış,Dedi: “ – Yoxsa, ay aman,Sürüyə qurd daraşmış?”Tez, qoyundan quzudanƏvvəlcə tutdu xəbər.Cavab verirkən çoban,Sakit oldu bir təhər.
Ağa ilə bu zamanŞirin söhbət edərkən,Birdən-birə o çobanYox olurdu gözündən.
Sonra yenə bir azdanGörünürdü gözünə.Ağa bağırdı: “ – Çoban!Oynama, öz-özünə!
Birdən sən, ey oyunbaz,Neçin gözdən itirsən?Yenə keçməyir bir az,Görünürsən yenidən?
Gözbağlıca oyunuOynayırsan mənimlə.Doğru söylə, sən bunuHardan öyrəndin belə?
Hardan sənə bu cadu?Hardan sənə bu əməl?Sənə kimdən çatdı bu?Durma, çoban, söylə, gəl!”
Ağanın dannağındanDərin heyrətdə qaldı.Bir az düşündü çoban,Öz ağlından dərs aldı.
Bildi üzük qaşıdırOnu gözdən itirən.Parıldayan daşıdırBu istəyə yetirən.Qaşını göstərəndəİtir, yox olur gözdən.Ovcunda gizlədəndəÇıxır gizli pərdədən.
Eylə ki, tez öyrəndiBu gizli sirri çoban.Bahar kimi şənləndi,Çöldə etdi imtahan.
Gah otlayan ceyranaYanaşıb yan alırdı;Gah çatırdı aslana,Birdən tora salırdı.
Bu gördüyü işlərdənÇoban xeyli coşmuşdu.Ürəkdən olmuşdu şən,Üzüyə söz qoşmuşdu;
“Üzüyüm, ay üzüyüm,Sənə yox tay, üzüyüm!Mən gözdən tez itir,Durma, haray, üzüyüm!
Üzüyüm, can üzüyümDərdə dərman üzüyüm!Məni qoy görsün hamı.Sənə qurban, üzüyüm!”
Atdı daha dağ-daşı,Gəldi elin içinə.Ovcunda üzük qaşı,Axdı selin içinə.
El qolunu açaraq,Çobanı qarşıladı.Xalqa oldu bir dayaq,Dillərdə gəzdi adı.Hər məzlumun, yoxsulunKöməyinə gəlirdi.Hər yetimin, hər dulunGöz yaşını silirdi.
Mənəm, mənəm deyənlərBağrını etmişdi qan.Xalqı basıb yeyənlərTük salırdı çobandan.
Söylədilər padşaha:“Elə gəlmiş bir çoban.– Çoban demə, əjdaha –Yun qırxır hər aslandan.
Ovcunda bir cadu var,Görünməyir gözlərə.Gah gizli, gah aşikar.Ayaq basar hər yerə.
Zalım görsə hər yerdə,Vurur onun boynunu.Çoxunu salmış dərdə,İşlədir bu oyunu”.
Şah eşitdi bu sözü,Qəlbində qalxdı tufan.Qığılcım saçdı gözü,Başına sıçradı qan.
Atlandı o durmadanQəlbində kin və kədər.Başında min pəhlivan,Beş min də atlı əsgər.
Tutsun, deyə çobanıDağlar, dərələr keçdi.Yolda qarşı çıxanıO, qanqal kimi biçdi.Ölkəni basa-basa,Çatdı böyük bir kəndə.El batdı dərdə, yasa,Hər yandan düşdü bəndə.
O kəndi bir halqa təkOrtaya aldı ordu.Şahın gözündə şimşək,Əsgərlərə buyurdu:
“ – Bu kənddir o çobanaÖz qoynunda yer verən.Gərək boyansın qanaMənə dirsək göstərən.
Qarışqa da bu gecəYol tapmasın qaçmağa.Səhər şəfəq söküncəQoymayın göz açmağa.
Hücum edin dörd yandan,Od vurun azğın kəndə.Xalq ilə yansın çoban,Düşsün odlu kəməndə.
Qoy hiyləgər bu caduQırsın odlu kəməndi.Qoy söndürsün bu odu,Qurtarsın xalqı, kəndi”.
Şah çadırda yatmışdı,Növbə çəkir qarovul.Kənd matəmə batmışdı,İnlər ana, qız, oğul.
Hər ürəkdə var qorxu,Qıvrılır bir ilan tək,Gözlərə getməz yuxu,İnlər ilanvuran tək.Gecə qalxdı o çoban;Kəndin belə çağında,Çölə çıxdı bir yandan,Üzüyü barmağında.
Qılıncı bir əlində,Bir əlində qalxanı,O, intiqam çölündəƏzsin azğın ilanı.
Tez çadıra yanaşdı,Oyaqdı keşikçilər.Dedi ki: “ – Kimdə vardır,Məndəki bu güc-hünər?”
“Elim yaşasın”, – deyəDüyümlədi qaşını,Yanaşdı növbətçiyə,Vurdu birdən başını.
Qılınc şaqqırtısınaŞah diksinib oyandı.Adam bağırtısınaƏldə qılınc, dayandı.
Bunu görüncə çoban,Səbri tükəndi daha,Əlində qılınc, qalxan,Birdən göründü şaha.
Şah itirdi özünü,Mat-mat baxdı çobana,Qorxu tutdu gözünü,Rəngi döndü samana.
Bağırdı: “ – Ey, sən kimsən,Necə girdin çadıra?Qılıncı at əlindən.Yoxsa vurdum, budur, a!..”Cavab vermədi çoban.Kinindən qaynayırdı.Şaha baxırdı yan-yan,Qılıncla oynayırdı.
Şahı almışdı qorxu:“ – Nədir, düşmüş izimə?Kimdir bu şeytan oğlu,Ox tək batır gözümə”.
Qılıncını siyirdi,Əl apardı qalxana.Birdən-birə yüyürdü,Hücum etdi çobana.
Qılıncı endirirkənBirdən yox oldu insan.Şah diksindi bu işdən,Bildi, budur o çoban.
Yalvardı o, göylərə,Baxdı o yan-bu yana.Gözləri birdən-birəSataşdı o çobana.
Qaşlarını çataraq,Əldə qılınc dururdu.Kinli-kinli baxaraq,Tez-tez kirpik vururdu.
Şah düşmüşdü qorxuya.Ürəyini dərd aldı.Gözlərində bu dünyaGecə kimi qaraldı.
Tapmadı başqa çara,Yenə hücum edərkən,Göynədi köhnə yara.Çoban yox oldu gözdən.Şah batmışdı qan-tərə,Qorxusundan əsirdi.Ayaq basıb hər yerə,Çoban yolu kəsirdi.
Şah bilirdi: bu düşmənTökəcəkdir qanını.Qurtuluş yox qılıncdan.Alacaqdır canını.
Dedi: “ – Aman, tez söylə,Nə istəyin var sənin?Gəl dost olaq mənimlə,Bu taxt, dövlət, var sənin”.
Çoban dedi “ – Yaramaz.Çatmış daha əcəlin;Köhnə düşmən dost olmaz,Yaman olmuş əməlin.
Sən çox ucuz alırsanMəhəbbəti, vicdanı.Xalqıma canım qurban,Eldən böyük şey hanı!
Vətənimdir, elimdirMənim varım, dövlətim.Bax, bu daşqın selimdirQanım, canım, sərvətim.
Sən ölkəmi taladın,Verdin amansız yelə.Xalqı qana boyadın,Rəhm etmədin bu elə.Mənəm el oğlu çoban,Çox ulama ey, bayquş!Xalqımın bağrıdır qan,Sənə yoxdur qurtuluş!”
Bunu eşidincə şahTitrədi yarpaq kimi.Ürəyindən çəkdi ah,Ağardı zanbaq kimi.
Daha durmadı çoban,Atıldı birdən-birə.Vurdu şahın boynundan.Başını saldı yerə.
El bu işdən şən oldu,Arzusu gülşən oldu;Unutdu hər bir dərdi,Meyvə dərdi, gül dərdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-sehrli-uzuk
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yığışmış idi çocuqlar, edirdilər bayram,Geyib gözəlcə, al-əlvan bəzənmiş idi tamam.
BaharBağçalarda açır gül,Fərəhlənir hər könül.
YetimSoyuq gecə, səs edirdi boran çox hiddət ilə,Bayırda bir uşaq ağlardı dərd, möhnət ilə.
QonaqlıqVəli yazıb dərsini, uzanmış idi yerə,Köpək səsi eşitdi bayırda birdən-birə.