Uçur gören məzarımı
Uçur gören məzarımıSanır ki, onda xakəm mən.Heç deməz ki, yardan ayrıLəhəd tək sinəçakəm mən.
Şəhidi-eşqdir tənim,Nə hacət qüslü kəfənim,Göz yaşı yuyub bədənim,Dəfn eyləyin ki, pakəm mən.
Üstümə gəlsə ol nigar,Qoymun nəbzim tuta zinhar;Barmaqları qabar atar,Ziyadə suznakəm mən.
Qəsdin imtahandı əgər,Bunca cövrü cəfa yetər,Tut əlimi, nazlı dilbər,Dərd əlindən həlakəm mən.
Zakirəm ləbi- meyguna,Cigərim dönübdür xunə,Nisbətim vermə Məcnunə,Bir aşiqi bibakəm mən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-ucur-goren-mezarimi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hər kimin ki, nəzəri arizi-pürxalə düşər,Dami-geysulərə pabəstə olub, qalə düşər.
Hüsni-nigar əhli-nəzər afitabıdırHüsni-nigar əhli-nəzər afitabıdır,Qoymaz, nə sud görməyə, geysu səhabıdır.
Çeşmi-məstin rovişi-nərgisi-sirab aparırÇeşmi-məstin rovişi-nərgisi-sirab aparır,Taqi-əbruylərin rövnəqi-mehrab aparır.
Cahan içrə mənim bir dilbəri-naməhribanım varCahan içrə mənim bir dilbəri-naməhribanım var,Nə cövrinə şəkibim, nə cəfasına təvanım var.