Qalmışam əlim üzümdə,Ulduzlar batdı gözümdə,İnsan olmaz mən dözümdəMillətini talan görsün.

Yoxdur gecəm, gündüzüm də,Fikirdən gülmür üzüm də,İnsan varmı mən dözümdəYurdunda bunca qan görsün.

Susub söhbətim, sözüm də,Dünya dəyişib gözümdə,İnsan varmı mən dözümdəBunca ölən cavan görsün.

Təkik millətim də, mən də,Yurda sərhəddir sinəm də,Yox, qalmarıq biz bu qəmdə,Bizi qəmə salan görsün.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине