Qardaş!Sənin təsbehinBir sap üstə düzülmüş,Niyə bizim xalqımızÖz sapından üzülmüş?Səpələnmiş hər yana:Hində, Çinə, İrana,Milyon kəndli, şəhərli,Milyon yollu cahana.

Ay qardaşlar, bizə ki,Süd vermişdir bir ana,Bir ocağın oduyuq,Bir xalqın övladıyıq,

Qılınclı qanunların,Zalım hökmdarlarınZərbəsiylə dəyişibAdımız, ünvanımız.Dəyişməyib, min şükürBizim doğma qanımız,Neçə dillər içindəBu yüzillər içindəDilimiz, imanımız.Dünya dəniz kimidir:Onun qabarması var,Onun çəkilməsi var,Ürəkdən ağlaması,

Yalandan gülməsi var,İnşaallah birləşərBizi ayıran yollarMən bunu görməsəm də,Yaxşı bilirəm ancaq!Bunu mənim yatdığımLal torpaqlar duyacaq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов