Dilim var, sözüm hanı?Adım var, özüm hanı?Ocağım, közüm hanı,Od söndü, külüm qaldı.Ürək qan, sinəm yara,Sözümü deyim hara?Torpağım para-para,Bölündü, dilim qaldı.

Eşit, igidim, eşit!Elin öyüdün eşit,“Qurd basar arxalı it!”Arxasız elim qaldı.

Düşmənə dağlarımız,Meyvəli bağlarımız,Sərin yaylaqlarımız,Bizə də zülüm qaldı.

Viran oldu bir yanım,Düzəldi qəbristanım...Ay dili bağlı canım,Sənə də ölüm qaldı!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине