Aramızda Qara dənizGörünmür ucu, bucağı,O yanda sizin ölkəniz –Qədim, şanlı türk torpağı.Bu yanda bir həsrətli varQarşısında Qara dəniz,Arxasında uca dağlar...Uzalı qalıb əlləri...Sarp dağlarının döşündəNey çalır payız yelləri.O həsrətli dağ döşündəOturubdur bir daş üstəHəsrətindən daşa dönmüş...Necə dəfə yanıb, sönmüş...Boz külünü əsən yellərQoy dağıtsın iki yanaO yanda sizin ellərə,Bu yanda Azərbaycana –Qara dəniz sahilindən...Bizim vətən torpaqlarıAğ gül açsınBoz külümdən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке