Yurd deyib ağlama
Yurd deyib ağlama, gözünə qurban!Orda nə yurd qalıb, nə ocaq daşı.Orda düşmənlərin tökdükləri qan,Orda nalələr var, orda göz yaşı...
Doğma yurd deyəndə niyə yanırsan?Ora uçmaq üçün qanadlanırsan.Orda torpağın da ahı dumandır,Ağlama yurd deyib, anam, amandır!
Yurdu talan olur ağlayanların,Hanı sarayların, xanımanların?Al intiqamını axan qanlarınAmandır, ağlama, mərdlər anası!Siyir qılıncını dərdlər anası!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirvarid-dilbazi-yurd-deyib-aglama
Клавиши ← → для перехода, R — случайное стихотворение