Sən naz ilə bir söz dedin, ey can, başa düşdüm,Əğyarə olan meylini pünhan başa düşdüm.

Qəlbində nələr var, onu biganə düşünməz,Görcək səni, ey sevgili canan başa düşdüm.

Məcnun edən eşq əhlini kimdir, nə bilirdim,Zülfün ki səhər oldu pərişan, başa düşdüm.

Gördükdə zənəxdanını bildim ki, o YusifOlmuş nə üçün layiqi-zindan, başa düşdüm.

Dərdi qəmi-hicranə çətinlik yeri yoxmuş,Bu müşkülü gülmək qılır asan, başa düşdüm.

Gülüzlü gözəl bir sənəmin oldum əsiri,Bülbül ki, edir naləvü əfğan, başa düşdüm.

Sordum, sağalan dərd deyil eşq bəlası,Ölməkdir onun çarəsi, asan başa düşdüm.

Vahid, əgər ümmidi-vüsal eyləməsəydim,Yıxmışdı məni möhnətü hicran, başa düşdüm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви