Sevmişəm mən səni, ey şux, peşiman deyiləm,Səndən əl çəksəm ölüncə əyər, insan deyiləm.

O vəfasız ki, səninlə belə rəftar elədi,Mən bu işdən, gözəlim, zərrəcə xəndan deyiləm.

Min əyər düşmənim olsa, o cəfapişə kimi,Sən də qorxma, mələyim, mən daha qorxan deyiləm.

Sevirəm mən səni, biəhd hesab etmə məni,Səndən özgə gözəlin eşqinə qurban deyiləm.

Sən mənimlə olacaqsan, nə qədər ömrüm var,Səndən özgə gözəl eşqində nigaran deyiləm.

Məni səndən ayıra, bəlkə, ölən vaxtda əcəl,Vahidin əqli kəsir hər şeyi, nadan deyiləm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви