Yenə vuruldu könül zülfi-yarə, öz qəmi kəm,Kəməndə düşdü bu məcnun dübarə, öz qəmi kəm.

Səfalı xoş günü olmaz əsiri-zülf olanın,Kim istəyirsə ola bəxti qarə, öz qəmi kəm.

Vəfasız olduğunu gördü bülbül öz gülünün,Yenə dikib gözünü novbaharə, öz qəmi kəm.

O şuxə mən nə qədər yalvarıb da and içdim,İnanmadı yenə pərvərdigarə, öz qəmi kəm.

Gözəllər həqlidir incitsə, yıxsa könlüm evin,Bu qanə dönmüşə yox başqa çarə, öz qəmi kəm.

Mənimtək olmadı Məcnun əsiri-eşqi-Vətən,Yayıldı şöhrəti hər bir diyarə, öz qəmi kəm.

Demişsə, Vahid, o gülçöhrə, “gözlə, tez gələrəm”Səni indi adət elə intizarə, öz qəmi kəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви