Ahım şərəri yetsə, nolur ərşi-bərinə,Səbr etmək olurmu vətənin dərdi-sərinə?

Cəmşidi-cəmə, gör ki, zər axır nələr etdi,Ey fəxr eləyən sübhü məsa simü zərinə?!

Bilməz vətənin qədrini ol kəs ki, dənidir,Sərraf tanır gövhəri, yetcək nəzərinə.

Zahid, nə yatıbsan, hamı millətlər oyandı,Qafil, gözün aç, uyma cəhalət səfərinə.

Cəngahidə düşməndən həras eyləməz əsla,Bir mərd ki, məğrur ola daim hünərinə.

Bir Kəbeyi-əhli ürəfadır vətən, ey dil!Şənü şərəfi yetmiş onun ərşi-bərinə.

Vahiddən umub, şerinə naqis demə, ziraBitəcrübədir, görməmiş əsarü qərinə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине