Könül, bu naz eləyən məhliqalərin nəyi var?
Könül, bu naz eləyən məhliqalərin nəyi var?Cəfadan özgə bu zülfi qaralərin nəyi var?
Bir azca qəm dağıdan bunların gözəlliyidir,Bu da gər olmasa, bu bivəfalərin nəyi var?
Yenə təsəlli verən aşiqə gözəllərdirKi, yoxsa qüssə çəkən mübtəlalərin nəyi var?
Şikəstə ney kimiyəm, başqa həmdəmim yoxdur,Havayi-eşqə düşən binəvalərin nəyi var?
Ümidi-mehrü vəfa umma aşinalərdən,Özün də fikr elə, gör aşinalərin nəyi var?
Sədayi-musiqi etsin gərək könülləri cəzb,Ürək sıxan, yolu xaric sədalərin nəyi var?
Üzündə dilbərimin türrələr; təəccübüyəm,Xəzinə üstə bu kəc əjdahələrin nəyi var?
Rəqibi qoymayınız, kuyi-yarə yol tapsın,Behişt içində bu xain gədalərin nəyi var?
Ümumə xidmət elə, qorxma, Vahid, artarsan,Özü özün bəyənən xudnümalərin nəyi var?
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-konul-bu-naz-eleyen-mehliqalerin-neyi-var
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sevgilim, bülbülə olsaydı gülün imdadı,Bülbülün aləmi ağlatmaz idi fəryadı.
Gəldim vüsali-yarə yetəm fürsət olmadıGəldim vüsali-yarə yetəm fürsət olmadı,Bir dəm doyunca söhbət edəm, qismət olmadı.
Bu sərvi-qamətim qaşın xəyalıilə dütalandıBu sərvi-qamətim qaşın xəyalıilə dütalandı,Gözüm ayineyi-safi-cəmalından cilalandı.
Demədim dərdimi canana, yadımdan çıxdıDemədim dərdimi canana, yadımdan çıxdı,Gördüm öz yarımı, biganə yadımdan çıxdı.
Стихи других поэтов · О любви
Badi-səba, Yaradanın eşqinəEylə nəhan, söylə yarə dərdimi
نار است شعله شعله، رخ دلبرم ز تابمار است عقده عقده، دو زلفش بر آفتاب
Dünən gecə mənə həmbəzm bir səmənbər idiDünən gecə mənə həmbəzm bir səmənbər idi,Məhi-cəmalı ilə gözlərim münəvvər idi.
Qəlbimə axdıGəl, o ala gözlərinə mən olum fəda,Söylə, hardan yaranmışdır səndə bu qayda,