Nə dərd olursa, qələtdir, deyillər, çarəsi var
Nə dərd olursa, qələtdir, deyillər, çarəsi var,Əlacı olmaz o şəxsin ki, dildə yarəsi var.
Fəğanü naləmi, ey məh, yetirmə əflakəKi, yandırar səni, bu atəşin şərarəsi var.
Fəğani-aşiqi, ey gül, düşünmə bihudəKi, eşq gülşəninin mən kimi həzarəsi var.
Bu qədr gəl məni ağlatma, rəhm qıl, cana,Gecə-gündüz gözümün qanlı bir fəvvarəsi var.
Bu günə qanımı tökməzdi tiri-müjganın,Bu işdə qaşlarının, çox güman, işarəsi var.
Münəvvər eyləyən afaqı ahım atəşidir,Bu çərxi-kəcrəvişin sanma kim, sitarəsi var.
Bu eşq bəhrinə, Vahid, o növi qərqəm ki,Nə bir nicatə ümidim, nə bir kənarəsi var.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-ne-derd-olursa-qeletdir-deyiller-caresi-var
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Pərtov almış mehr ruyindən göy üzrə mahitab,Ol səbəb pürnur olub, üzdən götürmüşdür niqab.
Bütün gözəlliyi tanrım o sərvinazə veribBütün gözəlliyi tanrım o sərvinazə verib,O hər nə etsə, təbiət ona icazə verib.
Məclisi-əğyardə gördüm ki, dün yar əyləşibMəclisi-əğyardə gördüm ki, dün yar əyləşib,Sanki əqrəb bürcünə ol mahi-məhvar əyləşib.
Kim der ki, ləli-nabinə kövsər deyilməyib?Kim der ki, ləli-nabinə kövsər deyilməyib?Mehri-cəmalına məhi-ənvər deyilməyib?
Стихи других поэтов · О любви
Ey güli-tər, məni xar eyləmədinmi? Elədin.Şöhreyi-xürdü kübar eyləmədinmi? Elədin.
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram