Bu dilbərin nə gözəl, aşiqanə gözləri var
Bu dilbərin nə gözəl, aşiqanə gözləri var,Nə yaxşı canalıcı, məhrəmanə gözləri var!
Bütün gözəllər içində bu nazənin gözəlinGözəlliyindən əlavə, yeganə gözləri var.
Bu dilrüba gözəlin qan töküb, can almaqdaQəribə cazibəli, mahiranə gözləri var.
Baxanda, ey könül, ol şuxə ehtiyat ilə bax,Saqın ki, canalıcı, dilbəranə gözləri var.
Görəndə aşiqi min naz ilə işarə edir,Ümumi cəzb eləyən arifanə gözləri var.
Bir özgə dilbərə, Vahid, deyilməmiş bu qədər,Bu afətin nə gözəl, şairanə gözləri var!
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-bu-dilberin-ne-gozel-asiqane-gozleri-var
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir nazənin bəyənmişəm, əsli qazaxlıdır,Hərdən gülümsəyirsə də, çox qaşqabaqlıdır.
Bilməm, bu nazənin kimin istəkli yarıdır?Bilməm, bu nazənin kimin istəkli yarıdır?Ya hansı bəxtiyarların bəxtiyarıdır!
Uyma, ey könlüm, vüsali-yarə, hicran yaxşıdırUyma, ey könlüm, vüsali-yarə, hicran yaxşıdır,Naz edincə aşiqə zülm etsə canan, yaxşıdır.
Bir nəfər əhli-vəfa min bivəfadən yaxşıdır!Bir nəfər əhli-vəfa min bivəfadən yaxşıdır!Bir sədaqət əhli min əhli-riyadən yaxşıdır!