Bir nəfər əhli-vəfa min bivəfadən yaxşıdır!Bir sədaqət əhli min əhli-riyadən yaxşıdır!

Hansı güldür, hüsndə, səndən gözəldir, sevgilim,Hansı bülbül eşqdə mən binəvadən yaxşıdır?!

Qaşların çərxin hilalindən, üzün xurşiddən,Surətin ayineyi-giytinümadən yaxşıdır!

Bir daha xalın gözəllik artırır ruxsarına,Bir qələt sözdür, demişlər, ağ qaradən yaxşıdır!

Gözlərin səhrayi-Çin ahulərindən dilfirib,Ənbəri-keysulərin mişki-Xətadən yaxşıdır!

Səhhəti-bimari-eşqin Kəbəyi-kuyindədir.Əhli-dərdə xaki-rahin tutiyadən yaxşıdır!

Min bəla tufanı qopsa, zərrə gəlməz eynimə,Rəxnə görməz hər bina kim ibtidadən yaxşıdır!

Cahilə təbliği-ürfan eyləmək asan deyil,Dideyi-xəffaş üçün zülmət ziyadən yaxşıdır1

Yar ilə biganənin, əlbəttə, Vahid, fərqi var,Tap elə biganə ki, dust-aşinadən yaxşıdır!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви