Hüriyyəti-nisvan
Keçməz işə bu əsrdə hürriyyəti-nisvan,Qan bir kərə, söz müxtəsər: arvad deyil insan!
Arvad gərək heyvan kimi çöldə otarılsın,Gördükdə ərin vahimədən bağrı yarılsın.Hər gün döyülüb baş-gözü dəsmalla sarılsın,Tədbirinə doktor da qala acizü heyran.Qan bir kərə, söz müxtəsər: arvad deyil insan!
Var bir neçə dinsiz kişi, bilməz nədi qeyrət,Arvadlar edir bağçada, bulvarda səyahət.Amma bizə çatmış belə bir hökmi-şəriət,Arvad gərək evdə otura hali pərişan,Qan bir kərə, söz müxtəsər: arvad deyil insan!
Arvad nədir öz həqqını dünyada düşünsün,Yox, bir də gəlib öz ərinin boynuna minsin.Əz qol-qıçını, həddi nədir, bir kərə dinsin,Bu bidəti tərk eyləməz heç pak müsəlman,Qan bir kərə, söz müxtəsər: arvad deyil insan!
Hər yerdə qadın zəhmətinin həqqi kötəkdir,Sınmaz dəyənək, arvad üçün şanlı bəzəkdir.Düz söz də desə, baxma, işi məkrü kələkdir,Yar baş-gözünü, eylə onu qanına qəltan,Qan bir kərə, söz müxtəsər: arvad deyil insan!
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-huriyyeti-nisvan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qəm çəkmə, ey könül, yenə canan sevir səni,Dərdindən öldüyün güli-xəndan sevir səni.
Yarım tökəndə gül üzə zülfi-siyahiniYarım tökəndə gül üzə zülfi-siyahini,Sandım ki, gizlədib fələk əbr içrə mahini.
Çəkmək istər mən kimi hər kimsə canan fikriniÇəkmək istər mən kimi hər kimsə canan fikrini,Öz canından əl götürsün, etməsin can fikrini!
Gəldi qəmdən gözəlim qurtara divanəsiniGəldi qəmdən gözəlim qurtara divanəsini,Gördü öz şəminə yandırdığı pərvanəsini.
Стихи других поэтов · Сатира
Çıxdı ramazan, çıxdı sənin canın, a molla,Başlandı sənin şami-qəribanın, a molla.
E’TİLA ETDİKCƏ, DERLƏR, YÜKSƏYƏ TƏYYARƏLƏRE’tila etdikcə, derlər, yüksəyə təyyarələr –Görməyə nail olur hər yanda alçaq yerləri.
Yenə bəziləriKöhnəlikdir – dedi – bozbaşla qutab, bəziləri,Bağladı xeyli bu mənada kitab, bəziləri.
GörməkdəyəmMilləti-məhzunu binitqü nida görməkdəyəm,Mübtəladır cəhlə, dərdin bidəva görməkdəyəm.