Qəm çəkmə, ey könül, yenə canan sevir səni
Qəm çəkmə, ey könül, yenə canan sevir səni,Dərdindən öldüyün güli-xəndan sevir səni.
Zalım fələk qoyarmı səni vəslə yetməyə,Çox da o canalan, o gözəl can sevir səni.
Hər bir sözü müvəqqətidir nazəninlərin,Aldanma, gərçi ol məhi-taban sevir səni!
Batdı rəqib ömr uzunu qarə günlərə,Ol sərv boylu, zülfi-pərişan sevir səni.
Ceyran dalınca düşsə bir ovçu, əcəb deyil,Yüzlərcə ovçu, yüz quzu ceyran sevir səni.
Xəlq eyləyəndə səhv deyil, tanrı gər desəm,Olmuş camalına özü heyran, sevir səni.
Vahid, cəhənnəm, istəməsin qoy rəqiblər,Sən fəxr qıl ki, Azərbaycan sevir səni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-qem-cekme-ey-konul-yene-canan-sevir-seni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gör necə bir modabaz oğlandı bu,Sanmayınız cindi, ya şeytandı bu.
Can sağlığıYaxşı bil, ay kişi, cansağlığının qiymətini,Yeyib-iç, çəkmə qohum-qardaşının minnətini,
Xəbər varEyb açmağa, ay Kirpi dayı, səndə hünər var,Qoy mən də yazım, gör nə qədər tazə xəbər var!
Fərsiz oğulLap gətirdin məni, ay fərsiz oğul, təngə, zara,Bir təhər dürt özünü sən də bu kolxozbazara.