Gəldi qəmdən gözəlim qurtara divanəsini,Gördü öz şəminə yandırdığı pərvanəsini.

Mənim əfsaneyi-eşqim bürüyüb məmləkəti,Leyli-Məcnunun unutmaq gərək əfsanəsini.

Ey yıxan könlüm evin, indi gəl abad eylə,Daimi eyləmə viranə bu qəm xanəsini.

Bülbül istər gülü, zövq əhli sevər cananı,Hər bir aşiq sevir öz sevgili cananəsini.

Eşq peymanəsidir aşiqi sərməst qılan,Alma dəhrin ələ qəm-qüssəli peymanəsini.

Əhli-fəqrik, bizə bu künci-qənaət xoşdur,Neylirik şahların altun dolu kaşanəsini.

Xalqa göz yaşı ilə ədami-riyadır, qurmuş,Vaizin sanma əbəs sübheyi-səddanəsini.

Məncə, Vahid, yenə meyxanələr abad olsun,Tərk qıl zahidə öz məscidi-viranəsini.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви