Bu nazənin gözəlin yaxşı dilgüşalığı var,Heyif, öz aşiqinə çox kəmetinalığı var.

Gözəlliyilə bərabər, sevimli dilbərdir,Nə qeyrilərlə yaxındır, nə aşinalığı var.

Demə, gözü, qaşıdır artıran məlahətini,Bulardan artıq hələ xalının qaralığı var.

Necə bu hüsn ilə mən ol nigarə Leyli deyim,Onun ki, eşqdə Məcnuna bivəfalığı var?!

Gədayi-kuyi olan böylə nazənin gözəlin,Diyari-eşqdə dünyayə padişahlığı var.

Həqiqət aşiqi pərvanədir, get, ey bülbül,Sənin fəğanın, onun zarü binəvalığı var.

Nə rütbə istəmə, Vahid, nə şöhrət aləmdə,O kəs ki, rütbəpərəst oldu, bil gədalığı var.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви