Ləzzəti-xeyri görən şər işə iqdam etməz,Mərdi-aqil özünü nakəsi-əyyam etməz.

Bir kəs ki ola bil əslü nəsəbdən ali,Aqibət mərd isə kəndisini bədnam etməz.

Mərdi-baqeyrət olan qeyrət ilə gün keçirər.Yəni bir ölmək üçün düşmənə ikram etməz.

Ədlü insafı olan zülm eləməz məzlumə,Rəhmsizlik kişini sahibi-əhkam etməz.

Mərifət badəsini nuş edə hər kimsə əgər,Bir də, zənnimcə, o heç mayili-günfam etməz.

Zahidasa füqəra malına tikməz gözünü,Nücəbazadə özün dəhrdə bədnam etməz.

Vahid, hər kimsə ki, öz nəfü ziyanın bilsə,Olar asudə cahan içrə, günün şam etməz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов