Dövran bizim oldu
Mahi-rəmazandır, yenə dövran bizim oldu,Yüz yerdə yenə vədeyi-ehsan bizim oldu.
Bu ayda olur mollaların keyf zamanı,Aylarda mübarək eləyib həqq rəmazanı.Qoy biz yeyək, acların acından çıxa canı,İndi ki müsəmma və fisincan bizim oldu.Yüz yerdə yenə vədeyi-ehsan bizim oldu.
Gəldi rəmazan, ruhumuzu eylədi tazə,Bu vəchlə məşğul idik hər gündə namazə,Bu on bir ayı həsrət idik nemətü nazə,Səd şükr, yenə neməti-sübhan bizim oldu,Yüz yerdə yenə vədeyi-ehsan bizim oldu.
Fikri bizi təhqir eləməkdən ürəfanın,Yəni ki, qalaq qeydinə biz də füqəranın.Ölsün füqəra, borcu deyildir üləmanın,Hardan gəlib ol firqeyi-neyran bizim oldu?Yüz yerdə yenə vədeyi-ehsan bizim oldu.
İslamidə var gərçi min illərlə bu adət,İndi ki bilən yox, nədən olduğu ibarət.Jurnalçı min il yazsa, ayılmaz bu cəmaət,Sür, Molla Zaman, atını, meydan bizim oldu,Yüz yerdə yenə vədeyi-ehsan bizim oldu.
Hər tövr onu biz qurarıq püxtəvü xamə,Şeytan da bizimtək sala bilməz onu damə,Təfsir eləmək sureyi-Quranı əvamə.Hiylə toru qurmaq ona əlan bizim oldu,Yüz yerdə yenə vədeyi-ehsan bizim oldu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-dovran-bizim-oldu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ləbin rümuzi üçün çox baxıldı təfsirə,Gələndə şərhinə, dil aciz oldu təqrirə.
Bənd edib zülfünü dildar məni dilgirəBənd edib zülfünü dildar məni dilgirə,Bildi divanəsiyəm, saldı yenə zəncirə.
Dilbərim yar olub əğyarə eşitdiyimə görəDilbərim yar olub əğyarə eşitdiyimə görə,Gül gedib həmdəm olub xarə eşitdiyimə görə.
Yaşamaz aşiq olan dövlət ilə cahə görəYaşamaz aşiq olan dövlət ilə cahə görə,Can fəda eyləmə, mehri yox olan mahə görə.
Стихи других поэтов · Сатира
Ta ki sən oldun əsiri vəzi-yarın, ey yazıq,Qarə oldu yar əlindən ruzigarın, ey yazıq!
Nəzminin cavabın, ey taci-sərimCəfərqulu xana*Nəzminin cavabın, ey taci-sərim,
Şeir yaxud merŞerin nə demək olduğunu qarelərimizin bilməyinə şəkk və şüb-həmiz yoxdur. İndi biz merin nə demək olduğunu bildirmək istəyirik.
Bizim arvadEvdən çölə çıxmazdı əzəldən bizim arvad,Şura gələli çıxmış əməldən, bizim arvad.