Dilbərim yar olub əğyarə eşitdiyimə görə,Gül gedib həmdəm olub xarə eşitdiyimə görə.

Bu qara gözlülərin eşqinə hər kim düşsə,Zülf əlilə çəkilər darə eşitdiyimə görə.

Dözmədi cövrünə Məcnun bu pəriçöhrələrin,Qaçdı səhralərə biçarə eşitdiyimə görə.

Həvəsi-silsileyi-eşqə düşən aşiqlər,Bağlanır türrey-tərrarə eşitdiyimə görə.

Yıxma, ey gül, nəzərindən düşən aşiqlərini,Tez düşər torpağa fəvvarə eşitdiyimə görə.

Gözlərin xəstəsiyəm, gəl bir öpüm ləlindən,Mey verər səhhəti bimarə eşitdiyimə görə.

Yar əgər olmasa, Vahid meyi-nab içməyəcək,And içib badeyi-gülnarə eşitdiyimə görə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви