Gəldi məhərrəm ayı
Gəldi məhərrəm ayı,Molla fırıldaq dayı!
Qoşul rövzəxanlara,Köhnə müsəlmanlara,Gündə get ehsanlara,Ol hər yerdə sərpayı,Molla fırıldaq dayı!
Yanla molla Qəvamı,Tovla beş-on avamı,Qətlə yetir imamı,Özün də Şümrün tayı,Molla fırıldaq dayı!
Batma qəmə, qüssəyə,Bax Qumriyə, Qüdsiyə,Oğra beş-on mərsiyə,Məclisə sal ah-vayı,Molla fırıldaq dayı!
Toyda oxu saz ilə,Məsciddə avaz ilə,Mərsiyə de naz ilə,Ye bozbaşı, iç çayı,Molla fırıldaq dayı!
Binadan dolaşıqsan,Nə molla, nə aşıqsan,Hər qazanda qaşıqsan,Bicliyinin yox sayı,Molla fırıldaq dayı!
Bir “molla”san savadsız,Məsləksiz, etiqadsız.Şansız, şərəfsiz, adsız,Hərcayısan, hərcayı,Molla fırıldaq dayı!
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-geldi-meherrem-ayi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Səfayi-söhbəti-cananı kim görüb, o desin!Bəlayi-möhnətü hicranı kim görüb, o desin!
Zülfi-ənbərşikəni, ol büti-şəkkərsüxəninZülfi-ənbərşikəni, ol büti-şəkkərsüxəninYarın vəfası olmasa, biganə neyləsin?
Ey könül, ahəstə get gülzarə, heç kim bilməsinEy könül, ahəstə get gülzarə, heç kim bilməsin,Gizli çıxmış seyrə ol məhparə, heç kim bilməsin.
Qoy mənə kuyində yer biganə ancaq verməsinQoy mənə kuyində yer biganə ancaq verməsin,Can sağ olsun, sevgilim, sən yaxşı ol, sağ verməsin.
Стихи других поэтов · Сатира
Kəlniyət! Gəl yığalım Qafqazın ər-övrətini,Sayalım sevgili millətçilərin himmətini,
Tanıya bildimSəni gec də olsa tanıya bildim,Vətənə, millətə gərəksizsənmiş.
Bəs deyilmiş bunca Mehdilər xüruci, indi dəBəs deyilmiş bunca Mehdilər1 xüruci, indi dəVolqadan bir tazə Mehdi xəlqi iğfal eyləyir.
OyanıbYaşasın doğrusu, gör cümlə müsəlman oyanıb,Varlı, yoxsul, ürəfa, canlı və bican oyanıb.