Yaşamaz aşiq olan dövlət ilə cahə görə,Can fəda eyləmə, mehri yox olan mahə görə.

Sevsə Leylasını Məcnunə məzəmmət yoxdur,Başqadır niyyəti qəlbində bu dilxahə görə.

Sevgilim, acizi-bikəslərin ahindən qorx,Yıxılar zülm evi məzlum eləyən ahə görə.

İstə sən aləmi, qoy istəsin aləm də səni,Qəlbi yanmaz bəşərin cahili-gümrahə görə.

Nazəninim, gözəlim, xəlqinə bədxah olma,Yoxdur heç kimsədə rəğbət yeri bədxahə görə.

Qaşların xəlqi qılıncdan keçirir xalın üçün,Can verir minləri bir zalim olan şahə görə.

Eşqdən Vahidi tənqid ilə islah etdin,Əqli gəlsin başına, bəlkə, bu islahə görə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви