Qoçu
Bir qoçuydum, çoxdu qabaq hörmətim,Xalqı döyüb, söymək idi sənətim,İndi qalıb ürəyimdə həsrətim,Öldürə bilmirəm, döyə bilmirəm,Heç kəsi incidib, söyə bilmirəm.
İncidirdim qabaq bənnə, fəhləni,Gətirmişdim təngə bütün məhləni,İndi döyüb, söyür hər yetən məni,Öldürə bilmirəm, döyə bilmirəm,Heç kəsi incidib, söyə bilmirəm.
O gündən ki, şəhrə düşüb inqilab,Bu qüssədən bağrım olubdur kabab,Körpələr də mənə qaytarır cavab,Öldürə bilmirəm, döyə bilmirəm,Heç kəsi incidib, söyə bilmirəm.
Əsirdi qonşular gələntək adım,Bir kişidən yox idi qorxum, zadım,İndi bəyənmir məni öz arvadım,Öldürə bilmirəm, döyə bilmirəm,Heç kəsi incidib, söyə bilmirəm.
Bundan əzəl qoçaqdım Fərhad kimi,Kəsdirərdim tinləri cəllad kimi.Girmişəm indi evə arvad kimi.Öldürə bilmirəm, döyə bilmirəm,Heç kəsi incidib, söyə bilmirəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-qocu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əhd qıldın, gözəlim, könlümü xəndan edəsən,Lalətək bağrını biganələrin qan edəsən.
Razıyam, sevgilim, hər gün mənə min naz edəsənRazıyam, sevgilim, hər gün mənə min naz edəsən,Özgələrtək məni də lütflə dəmsaz edəsən.
Bənzərəm bülbülə gülzari-Vətəndə, gülə sənBənzərəm bülbülə gülzari-Vətəndə, gülə sən,Mən əgər ağlasam eşqində, gərək sən güləsən!
Gözəllər içrə sən, ey mahiparə, bir dənəsənGözəllər içrə sən, ey mahiparə, bir dənəsən,Gözəllərin gözüsən, zülfü qarə, bir dənəsən.
Стихи других поэтов · Сатира
Mülki-Şirazə Zilli-SultanınYenə hakimliyi müqərrər isə,
Tap görəkBir küçəm var buxartanaQələndər-a-qələndər!
Bədbəxt adamaDərdə bax, yalnız özündən razısan, bədbəxt adam,Zənn edirsən, millətin avazısan, bədbəxt adam.
Piranəsərlikdə çərxi-kəcrəftarMirzə Fətəliyə*Piranəsərlikdə çərxi-kəcrəftar