Gözəllər içrə sən, ey mahiparə, bir dənəsən,Gözəllərin gözüsən, zülfü qarə, bir dənəsən.

Gülüzlü nazlı sənəmlər düşər qədəmlərinə,Bu çeşmi-məst ilə qılsan işarə bir dənə sən.

Sən olmasan, məni hicran qəmi həlak eylər,Şikəstə könlümə aləmdə çarə bir dənəsən.

Zəmanə əhlinə məşhursan gözəllikdə,Bu sirr gizli deyil, aşikarə, bir dənəsən.

Rəqibi qoyma yaxın vəslinə, xəyanət edər,Ki, qorxuram, səni çəksin kənarə, bir dənəsən.

O zövqü dövləti-dünyayə vermərəm, hərdənMəni fəqirə də qılsan nəzarə, bir dənəsən.

Gözəl həyatını, Vahid, fənayə sərf etmə,Səni zəmanə yetirməz dübarə, bir dənəsən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке