Həmişəlik o gözəl yarım olsa mənim,Yolunda sərf edərəm, hər nə varım olsa mənim.

Bir özgə dilbərə baxsam əgər, gözüm çıxsın,Mənimlə daim o çeşmi-xumarım olsa mənim.

Yanımda öz gülüm olsa, rəqiblər kimdir?Xəzan qəmi mənə neylər, baharım olsa mənim?

Bu qarə gözlülərin həsrətin çəkən deyiləm,Əgər o ahu baxışlı şikarım olsa mənim.

Fəğanə mən gələrəmmi şikəstə bülbül tək,Çəməndə öz gülümə etibarım olsa mənim?

Çəmən çiçəklərini istəsəm, bəlayə gəlim,Bu nazənin kimi bir gülüzarım olsa mənim.

Bu tazə qönçələrin mən əsiri olmaz idim,Əlimdə, Vahid, əgər ixtiyarım olsa mənim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви