Xeyli vaxtdır, ayrılıb məndən o cananım mənim,Firqətilə gündə min dəfə çıxar canım mənim.

Ağlaram mən bülbüli-şeyda kimi şamü səhər,Soldurub badi-xəzan bağı-gülüstanım mənim.

Çün olub Məcnunsifət, məskən mənə kuyi-nigar,Çulğayıb dünyanı yeksər ahü əfqanım mənim.

Razıyam, xəncər qaşıyla yarım öldürsün məni,Qoy tökülsün yar əliylə, dəhrdə qanım mənim.

Zülfi-pürxəmtək olubdur qamətim xəm müttəsil,Var səcudi-xakə, rahi-yarə pişanım mənim.

Vahida, gəlmə fəqanə, yoxdur eşqin çarəsi,Nalə eylər eşqdən, qəlbi-pərişanım mənim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви