Ey gözəllik Kəbəsi, sən qibləgahimsən mənim,Mən gədayi-eşqinəm, sən padişahimsən mənim.

Özgə bir cananə cövründən şikayət etmərəm,Hər cəfa etsən yenə, öz dadi-xahimsən mənim.

Can verib, ya canım alsan, ixtiyarım səndədir,Acizəm qarşında, guya ki, allahımsan mənim.

Zülfi-rüxsarın əsiri mahə salmaz mehrini,Sən buludlardan çıxan bir məhru mahimsən mənim.

Seyr qılmış könlümü naz ilə məhzun gözlərin,Müşki-ənbər tirəli ahu nigahimsən mənim.

Mən bu fəqrimlə sənin eşqində fəxr etsəm nolar?Dövlətim, fəxrim, pənahim, izzü cahimsən mənim.

Vahidəm, cana, fərəhdən yüksələrdim göylərə,Lütf edib bir dəm desən kim, xaki-rahimsən mənim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви