Gəl gör, ey bülbül, bu gülşəndə nə halım var mənim
Gəl gör, ey bülbül, bu gülşəndə nə halım var mənim,Bir güli-rənayə bənd olmaq xəyalım var mənim!
Mən necə eşq aləmindən əl çəkim, səbr eyləyim,Naz ilə min can alan bir məhcəmalım var mənim?!
Aşiqə naz eyləyir, neyçin rəqibə yar olur?Yarıma yetsə əlim, ondan sualım var mənim.
Ruzigarım qoy qaralsın o qara zülfün kimi,Fəxr edib mən də deyəm, cahü cəlalım var mənim.
Çox da Yusif öz Züleyxasın görüb fəxr etməsin,Qoy gəlib görsün, necə qaşı hilalım var mənim!
Vahida, fəxrlə hər gün söylə sən öz yarına:Sevgili, istəkli bir əhli-kamalım var mənim!
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-gel-gor-ey-bulbul-bu-gulsende-ne-halim-var-menim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məni hər kim ki, sevir, gəl ona divanə demə!Aşina bildiyin öz dostuna biganə demə!
Pabəstə olmasaydım o geysuyi-pürxəməPabəstə olmasaydım o geysuyi-pürxəmə,Divanəlikdə şöhrətim irməzdi aləmə.
Ah, kim hər gün yetər min qəm dili-naşadiməAh, kim hər gün yetər min qəm dili-naşadimə,Bir gün ol bimehr məh yetməz mənim fəryadimə.
Səbr eylə, könül, möhnəti-hicranə, tələsməSəbr eylə, könül, möhnəti-hicranə, tələsmə,Dərd əhli yetər səbrlə dərmanə, tələsmə.
Стихи других поэтов · О любви
Tər köynəkdə qızıl düymə, yaxalıq,Gərdiş edir o dildarım sinəsin.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,