Səbr eylə, könül, möhnəti-hicranə, tələsmə,Dərd əhli yetər səbrlə dərmanə, tələsmə.

Kam almayacaq ayrılığa bais olanlar,Aşiq yetəcək sevgili cananə, tələsmə.

Yusif də Züleyxanı məhəbbətlə sevirdi,Saldırdı Züleyxa onu zindanə, tələsmə.

Dünyayə vəfa eyləmə, çox ağlama, könlüm,Dünya nə vəfa qıldı Süleymanə, tələsmə.

Pərvanə əgər yansa da şəmin sitəmindən,Şəmin də yaxar ömrünü pərvanə, tələsmə.

Zahid çalışır yıxmağa meyxanə binasın,Məscid qalacaq əksinə viranə, tələsmə.

Gül zövqünü çəkmək əbədi xarə də qalmaz,Bülbül gələr, əlbəttə, gülüstanə, tələsmə.

Gündən-günə artır bu gözəl huriliqalər,Dünya dönəcək cənnətü rizvanə, tələsmə.

Vahid, içəcəksən, demə ki, tövbələr olsun,Cəlb eyləyər axır səni meyxanə, tələsmə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви