Göstər, ey gül, üzünü bülbüli-şeyda gülsün,Gözlərin şövqi ilə nərgisi-şəhla gülsün.

Çıx çəmən seyrinə bu hüsn ilə, bu qamət ilə,Gül sevinsin, gözəlim, sərvi-dilara gülsün.

Aç, dağıt naz ilə Leyla kimi zülfün üzünə,Dərdli aşiqlərinin eşqinə səhra gülsün.

Gəzmə bundan belə biganə ilə, qorxum odur,Bivəfa söyləyib aləm sənə, dünya gülsün.

Sevgilim, indi cəsarət günü, mərdlik günüdür,Qoyma, öz aşiqinə hər yetən ədna gülsün!

Ağlamaq eşqdə aşiqlər üçün nöqsandır,Ki, gərək Yusifin eşqində Züleyxa gülsün.

Vahid! Aşiq isə, Məcnuna deyin ağlamasın,Gəlsin etsin bu gözəl şuxə tamaşa, gülsün!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви