Gələndə sübh zamanı sədası bülbülümün,Alır bu canımı şurü nəvası bülbülümün.

Fədasıdır o da məntək gülüzlü bir gözəlin,Bu xəstə canım olaydı fədası bülbülümün.

Bəlayə səbr edə bilmir, şikəstəxatirdir,Nə varsa, qoy mənə gəlsin bəlası bülbülümün.

Mənim kimi o da biçarədir, fələkzədədir,Nə var təbibi, nə dərdə dəvası bülbülümün.

Həmişə künci-qəfəsdə əsiri-möhnətdir,Nədir sübut eləyən, yox cəzası bülbülümün.

Məhəbbət əhli bəladən ölüncə qurtarmaz,Başında çoxdur hələ macərası bülbülümün.

Cəmali-yarə baxıb, Vahid, hər səhər yalvarKi, müstəcab olur hər bir duası bülbülümün.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов