Xəbərin yox, gözəlim, könlüm edib qan zülfün,Eyləmə gül üzünə bir də pərişan zülfün.

Yetməsin kamə vüsalindən edən aşiqini,Razıyam, könlüm evin eyləsə viran zülfün.

Əl vuranda sən ona naz ilə, könlüm üzülür,Nazəninim, daha tərpətmə səbadan zülfün.

Daima məst gözün fitnələr öyrətmiş ona,O səbəbdəndir, edib aləmi heyran zülfün.

Sənə bir dəfə baxan aşiqi min dərdə salır.Adət etmiş bu cəfa etməyi çoxdan zülfün.

İstədim, bir də tamaşa eləyim gül üzünə,Gör nə zalımdı, mənə vermədi imkan zülfün.

Dərdli Vahid kimi hər gün dəli-divanə olar,Görsə gər bir dəfə hər aşiqi-nalan, zülfün.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви