Nigarım gül üzündən eyləməz bir dəm cüda zülfün,Qurub könlüm quşun seyd etməyə damə bəla zülfün.

Qılır zülfü kimi qarə günüm şamü səhər, ey dilKi, hərdəm gül camalinə tökər o məh qəra zülfün.

Olur eşq əhli aşüftə, qalır kim, zarü-sərgərdan,Edər aşüftə könlümtək, dəyər badi-səba zülfün.

Olur xoş bu cahan sərtasər, ey dil, vəchi var, billah,Edəndə naz ilə şanə o gülrux müşkasa zülfün.

Görüb, Vahid, xəyal etdim üzündə zülfi-pürçininKi, guya gənc üstündə yatıbdır əjdaha zülfün.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви