Kəndimizə gələn, aqronom oğlan,Tarlalar əlinlə gülzara dönür.Kolxozun çölləri yamyaşıl görünür.Ay oğlan, can oğlan,Əziz, mehriban oğlan!

Üz-üzə gələndə, aqronom oğlan,Sünbüllər səslənir bir dərya kimi,Sanki sənə açır mənim saf eşqimi.Ay oğlan, can oğlan,Əziz, mehriban oğlan!

Ey mənim sevdiyim, aqronom oğlan,Şöhrətin yayılıb tarlaya, düzə.Qəlbim qanadlanır gələndə sən bizə.Ay oğlan, can oğlan,Əziz, mehriban oğlan!

Sənin eşqinlə, ey aqronom oğlan,Birləşib, gül açır zəhmətim mənim.Bol məhsul verəcək öz çölüm, çəmənim.Ay oğlan, can oğlan,Əziz, mehriban oğlan!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви