Dönübdür
Qəm çəkmə, könül, gər ciyərin qanə dönübdür,Əyyami-vüsalın şəbi-hicranə dönübdür.Bülbül tək işin naləvü əfqanə dönübdür,Tiflisə nəzər qıl ki, gülüstanə dönübdür.Hər bir gözəli afətü cananə dönübdür.
İrs ilə yetib bunlara asari-vəcahət,Geysuləri sünbül tək alıb tabü təravətQamətləri dünyaya salıb türfə qiyamət,Hər dilbərə bir növ verib rəngi-nəzakət,Kür suyu məgər çeşmeyi-heyvanə dönübdür?
Hər şuxi-pəripeykər açıb türreyi-tərrar,Dildadələri etmək üçün damə giriftar.Səyyadi-sitəmgər bu güzərgahda çox var,Ahubeçələr tək doludur kuçəvü bazar,Çin mülkimə bu mənzili-viranə dönübdür.
Hər kim gələ Tiflisə tamaşa tələbindən,Zülfi-ruxi-məhvəşləri görmək səbəbindən,Görməz əsəri-rahəti-can ruzü şəbindən,Xoşləhcə pərizadələrin ləli-ləbindən,Bu kişvəri-pürşur Bədəxşanə dönübdür.
Bunlarda bu yarəb, nə səfadır fərəhəngiz,Hər sərvqədin şiveyi-rüxsan bəlaxiz,Rüxsari-niku, türreyi-mişkini dilaviz,Hər əbruyi-xəm şəkildə bir xəncəri-xunriz,Qan tökmək üçün hər müjə peykanə dönübdür.
Hərçənd bu gülzardə çox dilbəri gördüm,Can qəsdim edən şuxi-sitəmküstəri gördüm,Arizləri mehtaba bərabərləri gördüm,Əvvəl yetişən gündə ki, İskəndəri gördüm,Aya bu mələkdir, dedim, insanə dönübdür.
Qüdsi ki, dəmi-qüdsi vurub lafi-təvəüa,Tən eylər idi görsə birin valehü-şeyda,Tərk eyləmiş islamı görüb bunları hala,İstər ola çarubkeşi-səhni-kəlisa,Zünnar salıb boynuna, Sənana dönübdür.
Kitabxana.az · https://kitabxana.az/ru/works/bakixanov-donubdur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Saraldı Günəşin üzu bu səhər,Məhtabım boyuyla sərvi xar edər.
Ey könül, yanmaqdan qorxmursan sən dəEy könül, yanmaqdan qorxmursan sən də?Pərvanə xisləti varmıdır səndə?
Dost yoxsa bir an da olmaram aramDost yoxsa bir an da olmaram aram,Ancaq didariylə alıram mən kam.
Ey könül zülfünə sən düşmə dəxilEy könül zülfünə sən düşmə dəxil,Yüksəlmək bu yolda heç mümkün deyil