Dila! Əzm eylə sən bülbül sifət gülzarə, bismillah,Müradın olsa meyl etmək fəğanü zarə, bismillah,Gər istərsən müdam olmaq cigər sədparə, bismillah,Qərəz fikrin tamaşadır əgər dildarə, bismillah,Nəzər qıl ləli-canbəxşi-rüxi-gülnarə, bismillah.

Təmənnasında gün-gündən məni-dilxuni şeyda qıl,Gərəkməz namü namusum, qəmi-eşqilə rüsva qıl,Verib dünyavü din nəqdin, mətai vəslə sevda qıl,Əgər yox dəstrəs, sevdayə bari get tamaşa qıl,Gəlibdir Yusifi-gülpirəhən bazarə, bismillah.

Çəkərdin arzu daim deyirdin şövqi-yar ilə,Ki, düşsün ittifaqi-vüslət ol siminuzar ilə,Edim canım ona təslim zövqü etibar ilə,Durubdur ol büti-sərməst tiği-abidar ilə.Sözün gər doğrudur ey aşiqi-biçarə, bismillah.

Demişdin ey büti-tərsanigəh, bərhəmzəni-aləm,Ki, etməm aşiqimdən mən yaman gün iltifatim kəm,Alıbdır səbrimi dərdü bəla can qəsdin eylər həm,Əgər iqrarı sabitsən vəfa həngamidir bu dəm,Tərəhhüm qıl, qədəm bas dideyi-xunbarə, bismillah.

Olubdur qərqi-xunabi-cigər çəşmi-tərin, Qüdsi,Yanıbdır daği-möhnətdən dili-qəmpərvərin, Qüdsi,Gətir təqrirə bir-bir yarə ərz et qəmlərin, Qüdsi,Əgər bu şivədən dilgir olarsa dilbərin, Qüdsi,Şüru eylə bir özgə vəchlə izharə, bismillah.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви