Bir büti-qönçə ləbin hicri edib bağrımı qan,Eylərəm bülbüli-şuridə kimi ahü fəğan.

Ağlamaq adət olubdur mənə hər şamü səhər,Dili-zarimdən odur kim, kəsilib tabü təvan.

Kimə izhar elədim dərdi-dilim, ah, nə deyim,Tapmadım eşqə əlac, ağlaram izhari-nihan.

Yandırıb aləmi ahım şərari sərtasər,Ağlamır naleyi-zarimə mənim külli-cahan.

Taği-əbrulərinə səcdə edəndə yarın,Tükənib tabü təvan sərvi-qəddim oldu kaman.

Eşq səhrasına, ey dil, qoya hər kimsə qədəm,Eləməz Vahidi-sərraf kimi onda ziyan.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви