Kami-dil almadı dil ol mələki simadan
Kami-dil almadı dil ol mələki simadan,Əlqərəz kim, bizi bifeyz elədi röyadan.
Hərçi cəhd etdim, o ahuvəşi bir damə salım,Düşmədi damə, fərar etdi məni-rüsvadan.
Daməni-vəslini tutdum, nə qədər icz elədim,Olmadı kam müyəssər o güli-rənadan.
Oxuyub məshəfi-hüsnün o şəhin, qaldım mat,Bixəbər vaqif olammaz, vəli hər mənadan.
O qədər cövr elədi Vahidə yar, tanrı bilir,Çəkməyib bunca cəfa Qeysi-həzin Leyladan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-kami-dil-almadi-dil-ol-meleki-simadan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Keçdi min naz ilə ol dilbəri-məhparə belə,Bir də dönsə, vuracaq sinəmə yüz yarə belə.
Gözəlim, el duyar axır, mənə az qaş-göz elə!Gözəlim, el duyar axır, mənə az qaş-göz elə!Bir də aldanmaram, ölsəm də, vəfasız gözələ.
Gözəlim, tutma bərabər məni pərvanə iləGözəlim, tutma bərabər məni pərvanə ilə;O əgər şəmə yanır, mən ruxi-cananə ilə.
Gül sənə olmaz lətafətdə bərabər, RahiləGül sənə olmaz lətafətdə bərabər, Rahilə,Sən özün bir nazənin gülsən sərasər, Rahilə.