Getmə bu naz ilə, gözəlim, bir dayan görüm!Eşqində mən yanan kimi, bir sən də yan görüm!

Dərd öldürər məni, səni gər bir də, sevgilim,Xain rəqiblərlə gülüb-oynayan görüm!

Çeşmi-zəmanədən sənə afət toxunmasın,Daim o qarə zülfü göz üstündə yan görüm!

Nə lalə bitməsin, nə də sünbül, sən olmasan,Nə şaxi-güldə bülbül üçün aşiyan görüm!

Məstanə gözlərin kimi sən məstsən hələ,Çox yatma naz ilə, gözəlim, bir oyan görüm!

Vahid! Cahanda hər gözəlin düşsəm eşqinə,Bir xeyir görməsəm də, gərək min ziyan görüm!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви